Azərbaycan və İsveçrə
kitabxanalarının əməkdaşlığı
Azərbaycanın İsveçrədəki
səfirliyinin dəstəyi ilə iki ölkənin
kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin
qurulması məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının
direktoru Mayıl Əhmədov və M.F.Axundzadə adına
Milli Kitabxananın direktoru Kərim Tahirov bu ölkədə səfərdədirlər.
Azərbaycan nümayəndə heyəti
öncə Lozanna şəhəri və onun mədəniyyət
ocaqları ilə tanış olub. Növbəti
görüş Sürix şəhərinin Mərkəzi
Kitabxanasında keçirilib.
Növbəti tanışlıq
Bern şəhərində yerləşən İsveçrə
Milli Kitabxanası ilə olub. Burada Azərbaycan Milli
Kitabxanası ilə İsveçrə Milli Kitabxanası
arasında əməkdaşlıq memorandumu imzalanıb. Sonra
Azərbaycan nümayəndə heyəti Lucern şəhərinə
yola düşüb. Səfər mayın 10-dək davam edəcək.
Mədəniyyət.-
2011.- 6 may.- S. 4.