“Heydər
Əliyev. Azərbaycan mədəniyyətinin hamisi”
filmi təqdim olundu
Mayın
6-sı Dövlət Film Fondunda
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə
“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Dövlət
Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev böyük öndərin,
mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətinə daim
diqqət göstərdiyini
dedi: “Kinematoqrafçıların
yaradıcılığının
reallaşmasında, ümumən milli kinomuzun inkişafında kino işçilərinin
ən böyük təəssübkeşi və
hamisi ümummilli lider Heydər Əliyev olmuşdur.
“Azərbaycanfilm”də çəkilən
bəzi filmlərin sovet ideologiyasının
tələblərinə tam
cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin
köməyinə yenə də ulu öndər gəlirdi və hər dəfə də bu problemi həll
edirdi. “Bir cənub şəhərində” və “İstintaq” bədii filmlərini buna misal göstərə bilərik”.
Sonra
Xalq artisti, “Azərbaycanfilm”
kinostudiyasının direktoru Xamis Muradov, Əməkdar
incəsənət xadimi, kinoşünas
Aydın Kazımzadə
çıxış edərək ümummilli
lider Heydər Əliyevlə
bağlı xatirələrini bölüşdülər.
Qeyd
olundu ki, Heydər Əliyevin
sovet dövründə
respublikaya rəhbərlik etdiyi
illərdə Azərbaycan
kinosu mühüm inkişaf yolu keçib. Müstəqillik dövründə
2 avqust - “Milli kino günü”nün təsis olunması
(18 dekabr 2000-ci il tarixli prezident sərəncamı) da Heydər Əliyevin tarixi xidmətidir.
Tədbirin sonunda rejissor Eldar Quliyev və
İqbal Məmmədəliyevin “Heydər
Əliyev. Azərbaycan mədəniyyətinin hamisi”
sənədli filmi təqdim
olundu.
Fondun
foyesində isə ümummilli
liderin həyat və
fəaliyyətini əks etdirən fotoşəkillərdən
ibarət sərgi nümayiş olundu.
Yeganə
Mədəniyyət.-
2011.- 11 may.- S. 5.