Hyuston
Beynəlxalq Festivalında
görüşlər
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə
heyəti mayın
7-8-də Hyuston Beynəlxalq
Festivalında iştirak
etmək üçün
ABŞ-a səfərə
gedib.
Mədəniyyət və Turizm
Nazirliyi Aparatının
rəhbəri Firudin Qurbanovun başçılıq
etdiyi heyətə nazirliyin əməkdaşları,
Azərbaycan Dövlət
Rəqs Ansamblı və muğam dördlüyü daxildir.
Səfər çərçivəsində
Mədəniyyət və
Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov Hyuston şəhər meriyasında görüşlər
keçirib. Hyuston
şəhərinin meri
xanım Annis Parker, meriyanın Beynəlxalq əlaqələr və protokol idarəsinin rəisi xanım Dina LeFlor (Deanea LeFlore) və Hyuston şəhər meriyası şurasının
üzvü Carvis Conson (Jarviss Johnson) ilə gorüşlər zamanı Hyustonla Bakı şəhərinin
qardaşlaşdığı 35 il ərzində həyata keçirilmiş
tədbirlərdən söz
açılıb, Hyuston-Bakı
Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının fəaliyyəti
yüksək qiymətləndirilib.
Azərbaycanla ABŞ arasında mədəni sahədə
qarşılıqlı əməkdaşlıq
münasibətlərinin gələcək
inkişafı və perspektivləri haqqında
fikir mübadiləsi aparılıb. Hyustonun şəhər
meri ölkəmizin Hyuston Beynəlxalq Festivalında iştirakına
görə Azərbaycan
hökumətinə öz
minnətdarlığını bildirib.
Mədəniyyət.-
2011.- 11 may.- S. 4.