Moskvada Qara Qarayevə həsr olunmuş konsert

 

   Aprelin 29-da Azərbaycan Mədəniyyət Turizm Nazirliyi Rusiya Bəstəkarlar İttifaqının dəstəyi ilə MoskvadaQara Qarayevin yaradıcılıq gecəsiadlı konsert proqramı keçirilib. Konsertdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin simfonik orkestrinin ifasında dahi bəstəkar Qara Qarayevin əsərlərindən parçalar səslənib. İki saatdan artıq davam edən konsert proqramının dirijoru rusiyalı Roman Belışev idi. Konsert proqramında Azərbaycandan beynəlxalq mükafatlar laureatı Cəmilə Qarayusifli çıxış edib. O, Qara Qarayevin skripka üçün konsertini ifa edib. İstedadlı skripkaçı Cəmilə Qarayusifli hələ məktəbli olmasına baxmayaraq bir sıra beynəlxalq müsabiqələrin iştirakçısıdır. Onun peşəkar ifası rusiyalı musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.  

 

 

  Reyhan

 

   Mədəniyyət.- 2011.- 11 may.- S. 4.