Küveytdə Azərbaycan mədəniyyəti günləri

 

   Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən verilən məlumata görə, mayın 10-da Küveytdə Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçirilib.

  

   Mədəniyyət günləri Əl-Küveyt şəhərininDasmaadına mərkəzi sərgi konsert kompleksində təşkil olunan Azərbaycanın füsünkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi ilə tanışlıqla başlanıb.

   Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi, Küveytin Mədəniyyət Ədəbiyyat Ali Şurası bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə hazırlanan ekspozisiyanın xüsusi guşəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı şərəfli həyat yolunu əks etdirən sənədlərlə yanaşı, dahi şəxsiyyətin xarici ölkə başçıları ilə görüşləri nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışları zamanı, həmçinin, Azərbaycanın təsərrüfat-sənaye obyektlərində, ölkədə aparılan genişmiqyaslı tikintilərdə çəkilən fotoşəkillər ulu öndər haqqında yazılan kitablar nümayiş etdiriləcək.

   Daha sonra Əl-Küveyt şəhərininDasmamərkəzi sərgi konsert kompleksində Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olunub. 

 

 

   Mədəniyyət.- 2011.- 11 may.- S.3.