Ulu öndərə həsr olunmuş oratoriya
Ümummilli lider Heydər Əliyevin
parlaq şəxsiyyəti və böyük həyat yolu bir
çox sənət əsərlərində - şeir və
nəğmələrdə, musiqi lövhələrində, rəssamlıq
nümunələrində əks olunub. Ulu öndərin anadan
olmasının 88-ci ildönümünə töhfə kimi həmin
əsərlərin sırasına daha bir dəyərli musiqi
incisi əlavə edilib. Tanınmış bəstəkar Oqtay
Rəcəbov sözlərini Rafael Hüseynovun
yazdığı 6 hissədən ibarət oratoriya bəstələyib.
Oratoriya Azərbaycan bəstəkarlığında
az işlənmiş musiqi formalarındandır. Qara Qarayev,
Cövdət Hacıyev, Cahangir Cahangirov və daha bir neçə
görkəmli bəstəkarımızın
oratoriyalarından sonra Azərbaycan musiqisində çoxdan bəri
dünya bəstəkarlığında xüsusi sanbalı ilə
seçilən bu janra müraciət edilmirdi. Bu baxımdan O.Rəcəbovun
“Heydər oratoriyası” həm qüdrətli millət və
dövlət rəhbərinə həsr edilən irihəcmli əsər,
həm də oratoriyanın musiqimizdə yeni gözəl
örnəyi kimi diqqəti cəlb edir.
Artıq yeni əsər Azərbaycan
Televiziyası və Radiosunun simfonik orkestrinin, xorun və
solistlərin ifasında lentə alınıb. Bu günlərdə
isə “Heydər oratoriyası”nın klaviri işıq
üzü görüb.
Mədəniyyət.- 2011.- 11 may.-
S. 4.