“Sabir mollanəsrəddinçi satirik
şeirin banisidir”
Cəlil Məmmədquluzadənin
ev-muzeyində ədəbi
məclis
Cəlil Məmmədquluzadənin
ev-muzeyi respublika muzeylərində keçiriləcək
14 may - “Muzeylər gecəsi”
aksiyasında “M.Ə.Sabir
mollanəsrəddinçi satirik
şeirin banisidir” mövzusunda ədəbi məclislə iştirak edəcək.
Cəlil Məmmədquluzadənin ev-muzeyindən
bildiriblər ki, gecənin görkəmli satirik şair Mirzə Ələkbər
Sabirə həsr olunması hər il ənənəvi
olaraq may ayında “M.Ə.Sabir poeziyası günləri”nin keçirilməsi
ilə bağlıdır.
“Açıq qapı” günü ilə başlayacaq tədbir gecə saatlarınadək davam edəcək.
Gün ərzində muzeyi
ziyarət edənlərə
ekspozisiya üzrə pulsuz ekskursiya xidməti göstəriləcək.
M.Ə.Sabirin həyat və
yaradıcılığı haqqında çıxışlar
dinləniləcək.
Muzeyin foyesində ziyarətçilər
“M.Ə.Sabir - Azərbaycanın
böyük satira ustası” mövzusunda səyyar sərgi ilə
Cəlil Məmmədquluzadənin ev-muzeyində yaradılmış
“Gənc turistlər” klubunun üzvləri M.Ə.Sabirin şeirləri
əsasında hazırladıqları
bədii kompozisiya ilə çıxış
edəcəklər.
Mədəniyyət.- 2011.-
13 may.- S. 14.