Mahir təmsil ustası: Hikmət
Ziya
Ədəbiyyat
aləmimizdə tanınmış söz ustaları çox
olub. Onlar xatırlanarkən ilk yada düşən qələm
sahiblərindən biri də Hikmət Ziyadır. O, uşaq aləmindən
xeyli adda əsərlər yazıb. Lakin biz onu daha çox təmsilçi
kimi tanıyırıq. Onun satirik istedadı bu sahədə
çox parlaq görünüb...
Hikmət Ziya 13 may 1929-cu il tarixdə
Şəki şəhərində anadan olub. Sonra valideynləri
Ağdam şəhərinə köçür. Hikmətin
uşaqlıq illəri də Qarabağda keçir. Orta təhsilini
Ağdam şəhər 1 saylı orta məktəbində
alır. Sonra ali təhsil almaq məqsədilə Bakıya gəlir.
Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya
fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Təhsilini
başa vurduqdan sonra təyinatını “Azərbaycan pioneri “
qəzeti redaksiyasına alır. Burada uzun müddət
(1952-1969) ədəbi işçi, ədəbiyyat və incəsənət
şöbəsinin müdiri vəzifəsində
çalışır. 1969-1984-cü illərdə “Göyərçin“
jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri,
məsul katib vəzifələrində işləyir.
Ədəbi
yaradıcılığa isə 1952-ci ildə başlayır.
İlk şeiri “Azərbaycan pioneri“ qəzetində dərc
etdirdiyi “Qeqola” olur. Bundan sonra o, dövrü mətbuatda
vaxtaşırı dərc olunur. İlk satirik şeirləri,
“Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya
qış?”, “Milçək ürəyi” kitabları Hikmət
Əfəndiyev imzası ilə çap olunub.
“Sınaq”, “Ekiz qardaşlar” pyesləri
tamaşaya qoyulur. Librettolarına (“Nənəmin
nağılı”, “İkilərin sərgüzəştləri”,
“Solğun çiçəklər”) və şeirlərinə
musiqi bəstələnir. Hikmət Ziyanın əsərləri
SSRİ xalqlarının dillərinə tərcümə
olunur.
Onun təmsillərində əliəyrilər,
yaltaq və ikiüzlülər satira atəşinə tutulur.
Qısa təmsillərinin əksəriyyəti öz ədəbi
taleyi olan, həyat və insan haqqında yazılmış əsərlərdir.
Bu təmsillər fəlsəfi ümumiləşdirmələr
yolu ilə yarananda daha tutarlı səslənir.
Suda boğulan hekayə
Bir romanı sıxdılar,
Çıxartdılar suyunu.
Gördülər selə
düşən
Hekayə olduğunu.
Hindtoyuğu və qanad
Hindtoyuğu özünü mahir
quş sanırdı.
Forsundan, yol gedəndə pipiyi
sallanırdı.
Haldan-hala düşürdü.
Gündə min yol şişirdi.
Həmişə də
utanıb-qızarmadan deyirdi:
- Quşa qanad gərəkdir,
Uçmaq vacib deyildir!..
Hikmət Ziya Ümumittifaq uşaq
və gənclər ədəbiyyatı şurasının,
“Mozalan” satirik kinojurnalı bədii şurasının, “Azərbaycan
pioneri” və “Literaturnıy Azerbaydjan” jurnallarının
redaksiya heyətinin üzvü olub. Onun adına “Hikmət
Ziya" ədəbiyyat mükafatı təsis edilib.
Coşqun şair, işgüzar tərcüməçi,
Əməkdar incəsənət xadimi Hikmət Ziya oğlu Əfəndiyev
1995-ci ili avqustun 2-də vəfat edib.
Savalan
Fərəcov
Mədəniyyət.-
2011.- 13 may.- S. 13.