BMT-nin
nümayəndəsi ATİ-nin
qonağı oldu
Mayın 11-də BMT-nin Azərbaycan
üzrə əlaqələndirici koordinatoru Fikrət
Akçura Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin
rektoru, professor Cəfər Cəfərov qonağa institutun fəaliyyəti
barədə, təhsil sahəsində qazandığı
uğurlar barədə məlumat verib. Rektor onu da qeyd edib ki,
BMT İP-in Mədəniyyət və Turizm Nazirliyi ilə həyata
keçirdiyi “Turizmin inkişafı layihəsi” çərçivəsində
ATİ-nin nəzdində Tədqiqat və İnkişaf Mərkəzi
yaradılıb. Bu layihə sayəsində ATİ-nin kitabxana
fondunda olan 7 minədək kitab və informasiya
daşıyıcısı olan, ölkədə turizm üzrə
ixtisaslaşmış yeganə kitabxana informasiya mərkəzi,
həmçinin xüsusi təlim otağı
yaradılıb.
Öz növbəsində Fikrət
Akçura səmimi qarşılandığı və
institutun fəaliyyəti barədə ətraflı məlumat
aldığı üçün ATİ rəhbərliyinə
təşəkkür edib və Şərq ölkələrində,
eləcə də Pakistanda, Özbəkistanda,
Qazaxıstandakı fəaliyyətini Azərbaycanda da
uğurla davam etdirəcəyini bildirib. Azərbaycanda
çalışdığı müddətdə ali təhsil
ocağı ilə sıx əməkdaşlıq edəcəyini
xüsusi vurğulayan qonaq ATİ-nin kollektivinə gələcək
fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 13 may.- S. 9.