Azərbaycan təmsilçiləri “Eurovision-2011”in finalında

 

    Nigar Eldar mayın 14-də final yarışmasında 19-cu çıxış edəcəklər

  

   Mayın 10-da Almaniyanın Düsseldorf şəhərində “Esprit Arena”da “Eurovision-2011” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Azərbaycan təmsilçiləri Eldar Qasımov Nigar Camal “Running Scared” mahnısını uğurla ifa edərək finala vəsiqə qazanıblar.

  

   I yarımfinalda 19 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Albaniya, Xorvatiya, Finlandiya, Yunanıstan, Macarıstan, İslandiya, Litva, Malta, Norveç, Polşa, Portuqaliya, San-Marino, Serbiya, İsveçrə Ermənistan finala çıxmaq uğrunda mübarizə aparıb. Azərbaycanla yanaşı, Serbiya, Litva, Yunanıstan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya, İslandiya da final mərhələsinə keçiblər. TürkiyəninYüksək sədaqətqrupunun yarımfinal uğursuzluğu yarışmanın əsas sürprizlərindən olub. ErmənistanEurovision”da çıxış etdiyi illər ərzində ilk dəfə yarımfinal səddini aşa bilməyib.

   Ürək döyüntüsünü hiss et” (“Feel your heart beat!”) şüarı altında keçirilən builki yarışmada hər ölkənin çıxışından əvvəl bu şüar həmin ölkənin dövlət dilində səsləndirilib. Azərbaycan təmsilçilərinin çıxışından əvvəl isə Almaniyanın Hamburq şəhərində yaşayan əkiz bacılarÜrəyinin səsini duyşüarını Azərbaycan adından deyiblər. Yarımfinal konsertini 24 min tamaşaçı canlı izləmək imkanı qazanıb.

   Qeyd edək ki, yarımfinalda səsvermədə həm münsiflər heyəti, həm tamaşaçılar iştirak edib. Hər ölkənin münsiflər heyəti yarımfinaldan bir gün əvvəl əsas məşqə əsasən səslərini veriblər. Tamaşaçılar arasında səsvermə isə elə konsert başlayandan start götürüb.

   Mayın 12-də keçirilən II yarımfinalda da 19 ölkə yarışıb. Mayın 14-də keçiriləcək finalda isə 25 ölkə yarışacaq. Püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçiləri Nigar Eldar “Running Scared” mahnısı ilə finalda 19-cu sıra nömrəsi ilə çıxış edəcəklər.

   Final mərhələsində münsiflər heyətinin səsləri bir gün əvvəl hesablanacaq.

   Bu qərarı “Eurovision” müsabiqəsinin yeni icraçı direktoru Jon Ola Sand keçirdiyi mətbuat konfransında açıqlayıb. O, yarışma çərçivəsində bu il səsverməyə aid bəzi dəyişikliklərin olacağını da vurğulayıb. İcraçı direktor deyib ki, səsvermədə gələn səslərin nümayiş etdirilməsi bu yarışmaya etibarı daha da artıracaq və daha keyfiyyətli şou yaratmaq imkanı verəcək.

 

 

   Mədəniyyət.- 2011.- 13 may.- S. 8.