Sənət fədaisi balaca Səriyyə xanım

 

   İstedadlı aktyor üçün oynadığı rolun kiçikliyi-böyüklüyü olmadığı kimi, boy ölçüsünün də əsl sənətdə elə bir xüsusi əhəmiyyəti yoxdur. Dünyada balaca boylu elə sənətkarlar olub indivar ki, onlar oynadıqları rollarla kiçik boylarını öz istedadları ilə uca edirlər.

  

   Belə sənətçilərdən biri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışan, bütün kollektivin sevimlisi olanDoç polka” ləqəbli, balaca boylu Səriyyə xanımdır.

   Səriyyə xanım kimdir?

   O, Dövlət Kukla Teatrının veteran artisti, aparıcı səhnə ustası, gözəl insan Mənsur Mənsurovun qızıdır. Səriyyə xanım 1976-cı ildə Bakıda anadan olub. 1993-cü ildə musiqi məktəbini bitirdikdən sonra meylini Kukla Teatrına salıb və işə qəbul olunub. 1994-cü ildə truppaya daxil edilib. Debütü Rəhman ƏlizadəninParisi dağıdanlartamaşasında - Gülçöhrə rolu olub. Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günlərində nümayiş etdirilən bu tamaşada Gülçöhrə rolunu yüksək səviyyədə oynadığına görə jüri tərəfindən yüksək qiymətləndirilib. 1994-1998-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dram kino aktyorluğu fakültəsində təhsil alıb, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Bundan sonra yaradıcılıq yoluna qədəm qoyan istedadlı aktrisa bir-birindən gözəl, xarakter etibarı ilə seçilən, rəngarəng rollar oynamağa başlayır. Bu sırada Rəhman Əlizadənin səhnələşdirdiyi “Tıq-tıq xanım” (Nübar), “Maymaq” (siçan və nağılçı), “Damdabaca” (qızcığaz), “Dəcəl çəpişlər, belə-belə işlər” (Məngülüm), Aleksandır PuşkininQızıl xoruz” (təlxək), Firudin Qurbansoy Rəhman Əlizadənin “Canım Dürat, gözüm Dürat” (Donna), Həsənağa HüseynovunUlamaqdan mələməyə” (Növrəstə), “Saz əhvalatı” (Qarğa), Namiq AğayevinOxay və Əhməd” (Qız), Əli Səmədlinin “Cubbulunun çərpələngi” (Gülyanaq) və s. rolları göstərmək olar.

   Səriyyə xanım yüksək səs tembrinə, səhnə məlahətliyinə malik bir sənətkardır. O, yaratdığı obrazları bacarıqla, yüksək istedad yönündə ifa etməyi ustalıqla bacarır, həssas bir musiqi duyumlu aktrisadır. O, öz yüksək peşəkarlığı ilə səhnədə oynadığı kuklaları olduqca sənətkarcasına hərəkətə gətirmək qabiliyyətinə malikdir. Səriyyə xanım həmçinin bir aktrisa kimi səhnə davranışında, mətni aydın çatdırmaqda da böyük qabiliyyətə malikdir. Aktrisanın ən əsas müsbət cəhətlərindən biridə onun hər hansı əsərdə aldığı rolların təsvirini dərindən qavraya bilməsidir. Onun rejissor tərəfindən aldığı hər bir rol üçün sevincinin həddi-hüdudu olmayan bir sənətkardır. Səriyyə xanım hazırda səhnədə və həyatda daha parlaq yaradıcılığa doğru addımlayan cavan, ümüdverici sənət fədaisidir.

   Bütün tamaşaçılarımız kollektivimiz adından Səriyyə xanıma uğurlar, cansağlığı arzulayıronu 35 yaşı və səhnə fəaliyyətinin 18 illiyi münasibəti ilə ürəkdən təbrik edirik.

  

 

   Hüseyn Əhmədov,

   Abdulla Şaiq adına Azərbaycan

   Dövlət Kukla Teatrının ədəbi dram

   hissəsinin müdiri, Əməkdar mədəniyyət işçisi.

 

   Mədəniyyət.- 2011.- 13 may.- S. 7.