Astarada kitab bayramı
Mayın
10-da Astarada rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin təşəbbüsü ilə ümummilli lider
Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibətilə IV Kitab Bayramı
keçirilib.
Heydər Əliyev Mərkəzinin
qarşısında təşkil olunan bayramda rayon İcra
Hakimiyyətinin başçısı Taleh Qaraşov, ictimaiyyət
nümayəndələri, mədəniyyət, təhsil
müəssisələrinin əməkdaşları, məktəblilər
iştirak ediblər.
Tədbiri giriş sözü ilə
Astara rayon İcra Hakimiyyətinin başçısı Taleh
Qaraşov açaraq böyük öndər Heydər Əliyevin
Azərbaycan dövlətçiliyinin xilaskarı kimi fəaliyyətindən
danışıb, respublikanın digər bölgələri
kimi, Astara rayonunun da son dövrlər böyük inkişaf
yolu keçdiyini qeyd edib.
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov
çıxışında Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə respublikanın regionlarında
keçirilən ənənəvi kitab bayramının əhəmiyyətindən
söz açıb. MKS-nin direktoru Nazim Fərəməzov isə
belə tədbirlərin gənc istedadların bilik və
bacarıqlarının üzə çıxmasında önəmli
rolu olduğunu bildirib.
Kitab bayramında rayon MKS-nin təşkil
etdiyi kitab sərgiləri ilə yanaşı, rayonun Kakalos kənd
mədəniyyət evinin “Əvəsor” kollektivinin və “Nəcib
Qızlar klubu”nun üzvlərinin əl işləri də
nümayiş etdirilib. Müsabiqələr, viktorinalar, Mədəniyyət
evinin rəqs kollektivi və uşaq musiqi məktəbi
şagirdlərinin çıxışları böyük
maraqla qarşılanıb.
Mədəniyyət.-
2011.- 13 may.- S. 5.