Dünyanı verək uşaqlara
Göyçay
Rayon Mədəniyyət və Turizm Şöbəsinin
tabeliyində 50 kitabxana fəaliyyət göstərir.
Bu kitabxanalarda tez-tez günün
aktual mövzularına həsr olunmuş mədəni-kütləvi
tədbirlər keçirilir. Bu günlərdə M.Ə.Sabir
adına kitabxanada keçirilən “Dünyanı verək
uşaqlara” adlı tədbir rayon gənclərinin xüsusi
marağına səbəb oldu. İştirakçılar əvvəlcə
kitabxananın foyesində təşkil edilmiş kitab sərgisi
ilə tanış oldular.
Tədbiri
giriş sözü ilə açan kitabxananın direktoru
R.Balayeva mövzu haqqında iştirakçılara məlumat
verdi. Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Sahib Şükürov ulu öndər Heydər Əliyevin
anadan olmasının 88 illiyi ilə bağlı yubileyi ərəfəsində
keçirilən silsilə tədbirlərdən biri
olduğunu, mayın 18-də Göyçayda “Kitab bayramı”
keçiriləcəyini vurğuladı. Tədbir rayon 3
saylı orta məktəbi şagirdlərinin iştirakı ilə
hazırlanan gözəl kompozisiya ilə başa
çadı.
Nəriman
Məlikov,
Göyçay
Mədəniyyət.- 2011.- 13 may.-
S. 5.