Ölkəmizin turizm potensialı Moskvada təqdim olunub
Mayın 12-dən 14-dək Moskvadakı
“Qostinıy dvor” sərgi kompleksində
“MITF-2011” beynəlxalq turizm
sərgisi keçirilib.
Azərbaycanı sərgidə Zakir
Əliyevin rəhbərliyi
ilə Bakı Turizm-İnformasiya Mərkəzi
(BİTM) və «Geo Travel» turizm
şirkəti təmsil
edib.
Bakı Turizm-İnformasiya Mərkəzinin
direktor müavini Bəxtiyar Qılıncovun
qəzetimizə verdiyi
məlumata görə,
dünyanın 40 ölkəsinin
təmsil olunduğu sərgidə Azərbaycanın
turizm potensialı 28 kvadrat metrlik lövhədə nümayiş
etdirilib. Azərbaycanın stendi sərgiyə
gələnlərin böyük
marağına səbəb
olub. Xüsusilə də Naftalan
neftinin müalicəvi
əhəmiyyəti ilə
bağlı ziyarətçilər
Azərbaycan təmsilçilərinə
çoxsaylı suallar
ünvanlayıblar. Sərgi iştirakçılarına
ingilis və rus dillərində hazırlanmış müxtəlif
reklam-çap materialları
paylanıb. Sərgi çərçivəsində
Bakı Turizm-İnformasiya
Mərkəzi Rusiyanın
müxtəlif şəhərlərinin
və bir sıra xarici dövlətlərin turizm-informasiya
mərkəzləri ilə
turizm sahəsində münasibətlərin inkişafına
dair əməkdaşlıq
haqqında 11 müqavilə
imzalayıb.
Sərgidə
“Bakının qonaq kartı”nın təqdimatı keçirilib:
«Bu, BİTM-in yeni layihələrindən
biridir. Bakı MDB-də Minskdən
sonra belə “qonaq kartı” hazırlayan ikinci şəhərdir».
B.Qılıncovun sözlərinə görə, sərgi zamanı erməni heyəti öz xislətinə sadiq qalaraq növbəti təxribat törətməyə
çalışıb. Belə ki “Turizmin inkişafı
üzrə Qarabağ
agentliyi” adlı qurum da sərgi
iştirakçılarının siyahısında olub.
Lakin Mədəniyyət və
Turizm Nazirliyinin məsələyə müdaxiləsindən
və Azərbaycanın
Rusiyadakı səfirliyinin
sərginin təşkilatçılarına
ünvanladığı məktubdan
sonra bu qurum iştirakçılar
siyahısından çıxarılıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 18 may.- S. 10.