Mən, nənəm, İliko İllarion

 

   Mingəçevir Dövlət Dram Teatrında premyera

  

   İşıqlar sönür, pərdə açılır. Səhnədə kənd həyatını xatırladan dekorasiya görünür. Bir azdan tamaşaçı səhnə əsərinin qəhrəmanlarının adlarını eşidir: Zuriko, Olqa nənə, İliko, İllarion...

  

   Bunlar M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında səhnəyə qoyulan “Mən, nənəm, İliko İllarion” tamaşasının qəhrəmanlarıdır. Görkəmli gürcü yazıçısı Nodar Dumbadzenin eyniadlı povesti əsəri əsasında hazırlanan tamaşaya mayın 10-da ictimai baxış keçirildi.

   Artıq xeyli vaxt idi ki, Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov, quruluşçu rəssam Sevinc Həsənova, baletmeyster Rasim Cəfərov bu əsəri səhnələşdirmək üçün Mingəçevir Dövlət Dram Teatrına ezam olunmuşdular. Gərgin məşqlər artıq arxada qalıb rejissor Bəhram Osmanov, yaradıcı heyət səhnə əsərini Mingəçevir teatrsevərlərinin müzakirəsinə təqdim etməyə hazırdır.

   Qeyd edək ki, üç il ərzində Mingəçevir teatrının binasında əsaslı təmir işləri getsə də, kollektiv bir günolsa öz fəaliyyətini ləngitməyib. “Energetiklər” Mədəniyyət evində müvəqqəti yerləşən teatrın yaradıcı heyəti çətinliklərə baxmayaraq, səhnə fəaliyyətini davam etdirib. Bu yaxınlarda Əli Əmirlinin “Onun iki qabırğası”, Robert TomanınTələ” əsərlərini səhnələşdirən heyət doğma teatr binasının təmirindən sonrakı açılış mərasiminə ciddi hazırlaşır.

   Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmişAzərbaycan teatrı 2009-2019-cu illərdə“ Dövlət Proqramı, Azərbaycanda teatr sahəsində aparılan islahatlar, bütün ölkəmizdə olduğu kimi, Mingəçevirdə də mədəni həyata müsbət təsir edib.

   Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Həsən Həsənov və teatrın baş rejissoru, Prezident mükafatçısı Günay Səttarova yeni layihələrlə tamaşaçıları sevindirməyə çalışırlar. Yalnız böyüklərin deyil, həm uşaqların maraq dünyasını mədəni estetik zövqünü formalaşdırmağa çalışan kollektiv Yeni il ərəfəsində “Ağıllı kuklalı, nağıllı, qışım mənim”, Novruz bayramında isə milli adət-ənənələri özündə yaşadan müasirliklə sintez edilənNovruz sərgüzəştləri” adlı bədii-əyləncəli tamaşalarla uşaqları sevindirib.

   Mayın 10-da teatrda ictimai baxışı keçirilən “Mən, nənəm, İliko İllarion” tamaşasında əməkdar artistlər Ella Yaqubova, Akif Mirabov, Şıxı Yaqubov və gənc aktyorlardan Asim Məmmədov, Fəridə Xankişiyeva, Pərvanə Davudova, Ceyhun Əhmədov başqaları rol alıblar. Tamaşada rəqslərə Bakıdan teatra ezam olunmuş Rasim Cəfərov quruluş verib. İctimai baxışa ziyalılar, incəsənət nümayəndələri dəvət olunmuşdu. Tamaşaçı alqışı ilə qarşılanan səhnə əsərinin premyerası yaxın günlərdə olacaq.

   Əslində hər bir teatrın uğuru ölçüyəgəlməz tamaşaçı alqışıdır. Elə isə biz Mingəçevir teatrına bol-bol alqış uğur arzulayaraq sənətsevərləri “Mən, nənəm, İliko İllarion” tamaşasına baxmağa dəvət edirik.

  

 

   Esmira Hacıyeva

 

   Mədəniyyət.- 2011.- 18 may.- S. 7.