Mədəniyyət
və turizm naziri Qlobal Səyahət və
Turizm Sammitində iştirak edir
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə
heyəti mayın 17-dən 19-dək keçiriləcək
11-ci Qlobal Səyahət və Turizm Sammitində iştirak etmək
üçün ABŞ-ın Las-Veqas şəhərinə
gedib. Sammitdə turizm sənayesinin yeni inkişaf mərhələləri,
bu sahədə infrastruktur və texnologiyaların
yaratdığı imkanlar və digər məsələlər
üzrə müzakirələr aparılacaq. Sammit çərçivəsində
nazirin Dünya Turizm Təşkilatının baş katibi
Taleb Rifai ilə də görüşü
planlaşdırılır. Tədbirlərdə Ə.Qarayevi
nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət
proqramları şöbəsinin müdiri Nazim Səmədov və
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin
sədri Nahid Bağırov müşayiət edəcək.
Mədəniyyət.-
2011.- 18 may.- S. 2.