Könülləri
fəth etdilər
Azərbaycan təmsilçiləri
Eldar Qasımov və Nigar Camalın
“Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm
qələbəsi mədəniyyətimizin tarixi
nailiyyəti, misli görünməmiş
zəfəridir
Beynəlxalq miqyasda
ən nüfuzlu musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsinin
builki qalibi Azərbaycan oldu. Əsası 1956-cı ildə qoyulan
və son illər geniş rezonansı ilə təkcə Avropanın deyil,
bütün dünyanın
diqqət mərkəzinə gələn müsabiqə bu il 56-cı dəfə keçirilirdi.
43 ölkənin yer aldığı mötəbər musiqi yarışmasında Azərbaycan 4-cü dəfə idi ki, iştirak edirdi. Ölkəmizin təmsilçiləri Eldar Qasımov və Nigar Camal mayın 10-da keçirilmiş yarımfinalda uğurla çıxış edərək final mərhələsinə çıxdılar.
Mayın 14-də Almaniyanın Düsseldorf şəhərinin “Espit Arena”sında keçirilən final yarışması Azərbaycanın çağdaş tarixinə misli görünməmiş sənət, mədəniyyət zəfəri yazdı. “Eurovision 2011”in finalını dünyanın 50-dək ölkəsində 100 milyondan çox canlı olaraq izləyirdi. Həmin gecə dünya Azərbaycanın uğuruna, sonsuz sevincinə şahidlik etdi. Bu möhtəşəm qələbə Azərbaycanın səsini bütün dünyaya duyurdu.
25 ölkənin birincilik uğrunda mübarizə apardığı “Eurovision 2011”in finalında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal “Running Scared” (Azərbaycan dilində “Ürküb qaçan” və ya “Geriyə baxmadan qaç” mənasını verir) mahnısı ilə Avropada könülləri fəth etdilər. Təmsilçilərimiz gözəl ifaları və möhtəşəm səhnə performansları ilə 221 bal toplayaraq Azərbaycanı 43 Avropa ölkəsi arasında birinci sıraya yüksəltdilər. Xatırladaq ki, təmsilçilrimizə uğur gətirən mahnının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Lain Farquharsondur.
İştirakçı ölkələrdən gələn
SMS-lər və münsiflərin səsinin nəticələrinə
görə, italyan Rafael
Qualazzi (“Follia d’Amore” mahnısı) 189 xalla 2-ci, isveçli Erik Saade (“Popular”
mahnısı) 185 xalla 3-cü oldu. Ukrayna (Mika Nyutonun “Angel” mahnısı)
4-cü (159 xal), Danimarka
(“A Friend İn
Ölkəmizin tarixi qələbəsini
böyük sevinc və sonsuz qürur hissi ilə bayram etdiyimiz bu anlarda
Azərbaycan musiqiçilərinin
təkrarolunmaz ifalarını
ən yüksək balla qiymətləndirən
Avropa ölkələrinin
adlarını bir daha minnətdarlıq hissi ilə xatırlatmaq yerinə düşər. Beləliklə,
Türkiyə, Rusiya və Malta Azərbaycan təmsilçilərinin çıxışlarını
ən yüksək -
12 balla qiymətləndirdilər.
Ukrayna, Xorvatiya, San-Marino, Rumıniya
və Moldova da Azərbaycan təmsilçilərinin
ifasını layiqincə
qiymətləndirdiklərini hər biri 10 balla ifadə etdi. Daha bir neçə ölkə - Kipr, İslandiya, Avstriya, Polşa, Gürcüstan, Albaniya, Portuqaliya, Litva, Bosniya və Herseqovina və Estoniya ölkəmizə 8 bal verməklə
təmsilçilərimizə böyük dəstək oldular. Ümumilikdə Azərbaycan dueti
“Eurovision 2011”in finalında 30 ölkədən dəstək
qazandı.
Xatırladaq ki, Azərbaycan
“Eurovision” beynəlxalq televiziya
mahnı yarışmasında
2008-ci ildən iştirak
edir. Həmin il ölkəmiz
8-ci (Samir və Elnur dueti), 2009-cu ildə 3-cü (Aysel və
Azərbaycanın
səsini dünyaya duyuran təmsilçilərimizlə
bir qədər yaxından
Eldar Qasımov 1989-cu ildə
Bakıda doğulub.
2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə
təhsil alıb.
2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını
və səhnə nitqini öyrənib.
2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində
təhsil alıb.
2010-cu ildə həmin təhsil ocağının beynəlxalq
əlaqələr ixtisası
üzrə magistratura
pilləsinə qəbul
olunub.
Nigar Camal 1980-ci ildə
Bakıda anadan olub. 1985-1986-cı illərdə uşaq ansamblında solist kimi çıxış edib. 1988-ci ildən
"Pöhrə" respublika
mahnı müsabiqəsinin
iştirakçısı olub,
1996-cı ildə həmin
yarışmanın fəxri
diplomunu qazanıb.
Xəzər Universitetinin iqtisadiyyat
və menecment fakültəsini bitirib.
2005-ci ildə ailə həyatı quraraq Londona köçüb.
Mədəniyyət.- 2011.-
18 may.- S. 8.