18 may - Beynəlxalq Muzeylər Günü çeşidli tədbirlərlə qeyd olundu

 

   Molla Nəsrəddingüldürür-düşündürür   

 

   Xəbər verdiyimiz kimi, bu il 18 May - Beynəlxalq Muzeylər Günü ölkəmizdə milli mətbuat və mədəni-maarifçilik tariximizdə böyük iz qoymuşMolla Nəsrəddinjurnalının 1-ci sayının çapdan çıxmasının 105-ci ildönümü ilə əlaqədarMolla Nəsrəddin: güldürür-düşündürürmövzusu altında qeyd olunub. Bu mövzuda paytaxt muzeylərində tədbirlər keçirilib.

     

   Cəlil Məmmədquluzadənin ev-muzeyində ədəbi məclis

  

   Mayın 18-də Cəlil Məmmədquluzadənin ev-muzeyində “Beynəlxalq Muzeylər günümünasibətiləMolla Nəsrəddin”: güldürür-düşündürürmövzusunda ədəbi məclis təşkil olundu. Tədbiri giriş sözü ilə ev-muzeyinin direktoru Pəri Mahmudova açaraq ölkəmizdə mədəniyyətin bütün sahələrində olduğu kimi, muzey işinə də dövlət tərəfindən həmişə diqqət göstərildiyini vurğuladı. Vaxtilə Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında ümummilli lider Heydər Əliyevin iştirak etdiyini xatırladan direktor sonrakı illərdə muzeydə zəngin ekspozisiya yaradıldığını dedi.

   Tədbirdə iştirak edən mədəniyyətturizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında öncə əlamətdar gün münasibətilə muzey əməkdaşlarını təbrik etdi. Son illər Azərbaycanda yeni muzeylərin yaradıldığını, bu muzeylərin hər il minlərlə ziyarətçisinin olduğunu dedi. S.Məmmədəliyeva bu il Beynəlxalq Muzeylər GünününMuzeylər xatirə” devizi ilə altında keçirildiyini qeyd etdi, 2011-ci ilinMolla Nəsrəddin” jurnalının 105-ci ildönümünə (7 aprel 1906) təsadüf etdiyini nəzərə alaraq, Azərbaycanda bu tədbirləriMolla Nəsrəddin”: güldürür-düşündürürmövzusunda keçirildiyini bildirdi. Qeyd olundu ki, “Molla Nəsrəddin” jurnalının milli şüurun formalaşmasında, maarifçi ideyaların həyata keçirilməsində böyük rolu olub.

   Sonra Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə MəmmədovaMolla Nəsrəddin”: güldürür-düşündürürmövzusunda məruzə etdi. Natiq vurğuladı ki, “Molla Nəsrəddingülüşü dərin mənalı, düşündürücü gülüşdür. Jurnal insanları öz səhvlərini görməyə, güldürməyə, əslində isə düşündürməyə çalışıb.

   AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Asif Rüstəmli məruzəsindəMolla Nəsrəddinjurnalının milli şüurun inkişafındakı xidmətlərindən danışdı. Alim bildirdi ki, jurnal elə ilk gündən məqsədini açıqlamışdı. Jurnal cəmiyyətin eybəcərliklərini, nadanlığı düşündürücü gülüş fonunda açıb göstərirdi.

   Ədəbi məclisdə digər çıxış edənlər “Molla Nəsrəddinjurnalının nəşri tarixindən, məktəb və muzey əlaqələrindən danışdılar.

   Sonra İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Mədəniyyət inciləri” Uşaq teatrının aktyorları böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığından hazırlanmış “Əhvalipürsanlıq” kompozisiyanı təqdim etdilər.

   Sonda tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin ev-muzeyinin foyesində nümayiş olunan səyyar sərgilərlə tanış oldular.

  

   Vətənin gözəlliyi uşaqların gözü ilə

  

   Mayın 18-də Azərbaycan İstiqlal MuzeyiAzərbaycan Musiqisinin İnkişafı Tədrisi” İctimai Birliyi ilə birlikdə “Vətənin gözəlliyi uşaqların gözü iləadlı tədbir-sərgi təşkil etdi.

   Çıxış edən muzeyin direktoru Fəridə Şəmsi tədbirlə bağlı iştirakçılara məlumat verdi. Qeyd olundu ki, sərgidə Şamaxı şəhər İmadəddin Nəsimi adına Uşaq İncəsənət Məktəbinin, Bakı şəhər Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi MəktəbininRespublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək şagirdlərinin əsərləri nümayiş olunur.

   Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışında ölkəmizdə uşaq yeniyetmələrə öz bacarıqlarını üzə çıxarmağa hər cür şərait yaradıldığını bildirdi: “Biz çox vaxt muzey mərkəzində tanınmış rəssamların sərgisinə toplanırıq. Budəfəki sərgidə isə əl işləri nümayiş olunur. Sərgidə əsərləri nümayiş olunan uşaqlara uğurlar arzulayırıq”.

   Sonra Şamaxı şəhər İncəsənət Məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

   Tədbirdə Bakı və Şamaxı şəhərləri məktəblərinin şagirdləri, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Heydər Əliyev adına Hərbi Məktəbin kursantları iştirak edirdi.

  

   İncəsənət Muzeyində Əzim Əzimzadənin sərgisi

  

   Beynəlxalq Muzeylər Günü münasibətilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində karikaturaçı rəssam Əzim Əzimzadənin sərgisi açıldı. Sərgidə rəssamın 50-yə qədər əsəri nümayiş olunurdu. “Molla Nəsrəddin”: güldürür-düşündürürdevizi altında keçirilən tədbirlər çərçivəsində təşkil olunan sərgidə böyük maarifpərvər ədiblər M.Ə.Sabir C.Məmmədquluzadənin portretləri də nümayiş olundu.

  

   Teatr Muzeyində

  

   Mayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirildi. Molla Nəsrəddin”: güldürür, düşündürürdevizi altında keçirilən tədbirdə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi dram dərnəyinin ifasında görkəmli dramaturq Cəlil Məmmədquluzadənin felyetonları və Mirzə Ələkbər Sabirin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu.

   Tədbirdə həmçinin 5 nömrəli incəsənət məktəbi şagirdlərinin “Molla Nəsrəddinin gözü ilə” mövzusunda çəkdikləri rəsmlər nümayiş etdirildi.

  

   Səməd Vurğunun ev-muzeyində tədbir

  

   Beynəlxalq Muzeylər Günü münasibətilə daha bir tədbir Səməd Vurğunun ev-muzeyində təşkil olundu. Tədbirdə filologiya üzrə fəlsəfə doktorları Aslan Salmansoy, Aygün Bağırova, Nəzakət Qafqazlı, Qurban BayramovMolla Nəsrəddin” jurnalının nəşri tarixindən, satirik jurnalın milli şüurun formalaşmasında əhəmiyyətindən danışdılar. Tədbir çərçivəsində “Molla Nəsrəddinjurnalı yeni tərtibatdasərgisinə baxış keçirildi. Sonra Bakı şəhər 286 saylı orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 20 may.- S. 4.