“Eurovision 2012” Azərbaycanda turizmin inkişafına da zəmin olacaq
Dünyanın ən nüfuzlu musiqi yarışması olan
“Eurovision” müsabiqəsinin gələn il Bakıda keçirilməsi
dünyanın diqqətini
Azərbaycana cəlb etməklə yanaşı,
ölkəmizə xarici
turist axınına da zəmin yaradacaq.
Bu baxımdan 2012-ci il
Azərbaycanın turizm
sənayesinin lazımi
səviyyədə təqdimatı
və tanıdılması
ilə bağlı bizim üzərimizə böyük məsuliyyət
qoyur. Bu fikri Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
Onun sözlərinə görə,
Avropa ölkələri
turizm sahəsində Azərbaycan üçün
prioritet istiqamətlərdən
biridir: «Müsabiqə
minlərlə avropalının
ölkəmizə gəlişini
və Azərbaycanı
yaxından tanımasını
təmin edəcək.
Bununla əlaqədar olaraq il ərzində
müxtəlif hazırlıq
işləri görəcəyik,
turistlərdə Azərbaycan
haqqında yüksək
təsəvvürün formalaşması
üçün lazım
olan bütün tədbirləri həyata keçirəcəyik. Mədəniyyət
və Turizm Nazirliyi bu işləri
digər dövlət
strukturları, turizm təşkilatları, ictimai
qurumlarla birgə görəcək».
Nazirlik təmsilçisinin sözlərinə
görə, müsabiqə
ilə bağlı
2012-ci ildə Azərbaycana
50-100 min turistin gələcəyini
proqnozlaşdırmaq olar:
«Bununla bağlı Bakı şəhərində
turist yerləşdirmə
yerlərinin sayı artırılacaq, nəqliyyat
sistemi optimallaşdırılacaq,
xüsusilə şəhərdaxili
nəqliyyatda ingilis dilində informasiya sistemləri təmin olunacaq».
Məlum olduğu kimi, xidmət səviyyəsi Azərbaycan turizminin ən başlıca problemlərindəndir. A.İsmiyevin
sözlərinə görə,
bu problemin aradan qaldırılması
istiqamətində Mədəniyyət
və Turizm Nazirliyi mütəmadi olaraq mehmanxana və hotellərin əməkdaşları üçün
kurslar təşkil edir. Eyni zamanda
turizm sahəsində çalışanlar üçün
peşə təhsilinin
verilməsi istiqamətində
də müxtəlif işlər görülür.
Bu qələbə Azərbaycanın
dünyada nüfuzunu göstərir
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirdi ki, «Eurovision» yarışmasında
43 ölkənin içərisində
birincilik qazanmaq Azərbaycan üçün
həm siyasi, həm də mədəni baxımdan böyük bir qələbədir. Bu qalibiyyət
Azərbaycanın dünyada
nüfuzunu göstərir.
C.Cəfərovun sözlərinə
görə, bu nailiyyətin turizm baxımından da əhəmiyyəti var: «Təkcə onu nəzərə almaq lazımdır ki, bu uğurdan sonra dünyada milyonlarla insan internet-axtarış saytlarında
Azərbaycan haqqında
məlumatlar axtarıb.
Görün, nə qədər insanda Azərbaycana maraq yaranıb. Bu maraq təbii ki, həm ölkəmizin mədəniyyəti, həm
də turizm istiqamətində olacaq».
Mütəxəssis
2012-ci ildə belə
bir nüfuzlu yarışmanın Bakıda
keçirilməsinin böyük
hadisə olacağını
deyir: «Azərbaycan artıq bu tipli
tədbirlərin keçirilməsi
üçün bir məkana çevrilib. Son illərdə möhtəşəm
tədbirlərə ev
sahibliyi etmişik. Bu tədbirdə isə on minlərlə qonağın
qarşılanıb yola
salınmasından söhbət
gedir. Buna hazır olmaq lazımdır. Bunun üçün ölkənin bütün
resursları səfərbər
olunacaq. Əlavə hotellərin tikintisi, yeni yerləşdirmə yerlərinin yaradılması,
infrastruktur layihələrinin
həyata keçirilməsi
ilə Bakı daha da gözəlləşəcək.
Bu işin bizimlə əlaqəli hissəsi turizm sahəsində kadr hazırlığı
ilə bağlıdır.
Eyni zamanda, digər sahələrdə
də görüləcək
işlər çoxdur.
Viza rejiminin yumşaldılması, təyyarə
biletlərinin ucuzlaşdırılması
ilə bağlı addımlar atılacaq. Gələn çoxsaylı
turistlərdə ölkəmiz
haqqında maksimum yüksək təəssürat
yaratmalıyıq. Bu tədbirin
necə keçirilməsi
ölkəmizin imicinin
daha da yüksəldilməsi
üçün son dərəcə
vacib məsələdir».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 20 may.- S. 5.