Vətən istiqlal aşiqi Əli Yusifkitabı təqdim olunub

 

   F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Nazif QəhrəmanlınınVətənistiqlal aşiqi Əli Yusifkitabının təqdimat mərasimi keçirilib. Kitab şair, publisist, istiqlal mücahidi Əli Yusifə həsr olunub. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq kitabla bağlı məlumat verib. Sonra kitabın müəllifi N.Qəhrəmanlı çıxış edərək, Əli Yusifin həyat yaradıcılığı, rus işğalına qarşı gizli mübarizəsi, sürgün həyatı haqqında danışıb. Tədbirdə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, şair, publisist Teyyub Qurban, teatrşünas Aydın Dadaşov digər ziyalılar iştirak ediblər. Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyəti tarixindən bəhs edən kinoarxiv görüntüləri nümayiş olunub. 

 

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 20 may.- S. 15.