Gürcüstanda yubiley tədbirləri

 

  İsa İsmayılzadə - 70

  

   Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisidə A.S.Qriboyedov adına teatrın zalında görkəmli Azərbaycan şairi publisisti İsa İsmayılzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

  

   1941-ci ildə Borçalının Qarayazı bölgəsində dünyaya gələn İsa Mustafa oğlu İsmayılzadə ədəbiyyat meydanında, poeziya aləmində öz sözü izi olan bir şair kimi şöhrət qazanıb. “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam yer kürəsi”, “Anamla söhbət”, “Yelləncəkdə yellənən külək”, “Bir ömürlük gecə” və s. kitabları müəllifinə böyük şöhrət qazandırıb. Şairin “Tanrım, bağışla məni...”, “Haran ağrıyır, Vətən?..”, “Böyüdülmüş şəkillər sair poemaları dillər əzbəri olub.

   Alimlər, tənqidçilər, şairlər İsa İsmayılzadə yaradıcılığına sayğıyla yanaşaraq onun özünəməxsusluğunu yüksək dəyərləndiriblər. Şairin ayrı-ayrı şeirləri dünya xalqlarının dillərinə tərcümə olunub geniş oxucu marağı doğurub. Moskvada rus dilində, Tbilisidə gürcü dilində kitabları işıq üzü görüb.

   Əbədiyyətə qovuşandan sonra doğma Qarayazıda dəfn olunan şair doğrudan doğruya onu tanıyan, oxuyan bilən hər kəsin qəlbində taxt qurub. Buna görə də doğma yurdunda onun adının böyük sayğıyla anılması təbiidir.

   Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbir söz-sənət bayramı idi. Məclisi Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin və “Varlıq” mədəniyyət mərkəzinin sədri Rafiq Hümmət açdı. Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Kvemo Kartli - Borçalı bölgəsinin qubernator müavini Hüseyn Yusifov, şairin qələm dostu Tofiq Abdin, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, şair tərcüməçi Abbas Abdulla, Azərbaycanlıların Mədəniyyət Mərkəzi idarə heyətinin sədri Fazil Həsənov, mərkəzin “Meydandərgisinin baş redaktoru, şair-dramaturq Alxan Binnətoğlu, İsa İsmayılzadənin əsərlərinibir çox Azərbaycan ədəbiyyatı incilərini gürcü dilinə tərcümə eləyən istedadlı şair tərcüməçi Zazva Medulaşvili, şair Osman Dərviş, professor Fərhad Xubanlı, şair Allahverdi Təhləli və başqaları çıxışlarında İsa İsmayılzadə yaradıcılığı haqda öz dəyərli fikirlərini söylədilər.

   Şairin oğlu Araz İsmayılzadə bu gözəl tədbirin yüksək ovqatda keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

   Balaca müğənni Fikrət Hüseynoğlunun ifasında İsa İsmayılzadənin sözlərinə bəstələnmiş “Səninləyəm Azərbaycan” (musiqi: Ruhəngiz Qasımova) mahnısı tədbiri alqışlarla başa çatdırdı.

   İsa İsmayılzadəyə həsr olunmuş daha bir tədbir şairin doğulub boya-başa çatdığı bölgədə - Qarayazının Qaratəpə bölgəsində davam etdirildi. Bu tədbirlər həm də gürcü Azərbaycan xalqlarının dostluğuna qardaşlığına xidmət edən mədəniyyət hadisələri oldu.

  

 

   Osman Əhmədoğlu,

   Gürcüstan

 

   Mədəniyyət.- 2011.- 25 may.- S. 15.