“Eurovision”un qalibi olsam da,
özümü superstar hesab
etmirəm”
Böyük Britaniyanın
“The Sun” qəzeti Nigar
Camal haqqında yazıb
Böyük Britaniyanın
ən çox satılan “The Sun” qəzeti
Azərbaycanın “Eurovision-2011” müsabiqəsində təmsilçilərindən
biri olan Nigar Camal haqqında
yazı dərc edib. Məqalədə Londonda yaşayan
Nigar Camalın ailə fotosu (həyat yoldaşı Haluk və qızı
ilə) da yer alıb.
Londonda olarkən qəzetə
müsahibə verən
Nigar Camal bəzi məqamlara toxunub. Qeyd edib ki, “X Factor” yarışmasında iştirak
etmək arzusu olsa da, bu
istəyi baş tutmayıb: “Azərbaycanda
olarkən mənə
“Eurovision” müsabiqəsinin milli seçim turuna qatılmağı təklif etdilər. Sonda da 21 yaşlı Eldarla qalib oldum”.
Qəzet
yazır ki, Şimali Londonda yaşayan iki uşaq anası, hazırda postsovet məkanının ulduzuna
çevrilib.
Nigar Camal qəzetə qalibiyyətdən sonra Azərbaycana gəlişləri,
hava limanında yüzlərlə insanın
onları qarşılaması
barədə də danışıb: “Bu qədər
insan bizi qarşılamaq üçün
aeroporta gəlmişdi.
“X Factor”a qatılmamışam,
bəlkə də bu bir taledir.
Bir neçə ay bundan əvvəl mən sadə evdar xanım idim, indi isə
“Eurovision”un qalibiyəm. Bu mənim
ən böyük arzum idi. Buna baxmayaraq, özümü
superstar, qeyri-adi insan hesab etmirəm”.
Nigar ingilis müğənnisi
Şeryl Colenin ifasını çox sevdiyini, onun kimi olmaq istədiyini
deyib.
Qeyd edək ki, Eldar Qasımov və Nigar Camal
“Eurovision TV”-yə də
müsahibə veriblər.
Nigar Camal böyük qızı Səidənin
mütləq müğənni
olmaq və gələcəkdə Azərbaycanı
“Eurovision”da təmsil etmək arzusunda olduğunu söyləyib.
Nigar Camalın böyük qızı Səidənin
5, kiçik qızı
Jasminin 3 yaşı
var.
Mədəniyyət.- 2011.-
25 may.- S. 10.