“NETTY 2011” milli internet mükafatı qaliblərə
təqdim olundu
Qaliblər sırasında Mədəniyyət
və Turizm Nazirliyinin GoMap.az turizm naviqasiya portalı da var
Mayın 24-də Dövlət
Rus Dram Teatrında keçirilən mərasimdə
internet və informasiya
texnologiyaları üzrə
ilk peşəkar milli
internet mükafatı olan
“NETTY” mükafatının 2011-ci il üzrə
qalibləri elan edildi.
İnternet şəbəkəsində milli seqmentin inkişafına dəstək
məqsədilə təsis
edilən mükafat
2005-ci ildən təqdim
olunur. NETTY milli internet mükafatı
Mədəniyyət və
Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən
dəstəklənir.
Mart ayından
qeydiyyatı başlayan
builki müsabiqəyə
425 veb sayt təqdim edilib. 147 onlayn münsif
heyətinin səsverməsindən
sonra 286 sayt müsabiqəyə buraxılıb.
Qeyd edək ki,
“NETTY” müsabiqəsində 12 nominasiya üzrə qaliblər təyin olunur. Budəfəki təqdimatda nominasiyadan
kənar bir neçə sayt, o cümlədən turizm sahəsində xinaliq.az saytı
mükafatlandırıldı. Mükafatı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir
müavini, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov təqdim etdi. Mədəniyyət və incəsənət
nominasiyası üzrə
mükafatı isə
nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri
Qabil Abbasov təqdim etdi.
Qeyd edək ki,
“NETTY 2011” milli internet mükafatının
qalibləri sırasında
Mədəniyyət və
Turizm Nazirliyinin turizm naviqasiya portalı - GoMap.az da var.
Beləliklə,
“NETTY 2011”-in qalibləri bunlardır:
Dövlət saytı - cbar.az (Mərkəzi Bankın saytı); korporativ sayt - yarpaq.az; elm və təhsil - xaricdetehsil.org; mədəniyyət
və incəsənət
- shamsi.musigi-dunya.az (Musiqi dünyası”
jurnalının Şəmsi
Bədəlbəyliyə həsr
olunmuş saytı); informasiya və xəbərlər - fotoqraf.org; servis
saytlar - weblist.az; əyləncə
- azeritube.az; idman - ecosport.az; Azərbaycan - GoMap.az; Şəxsi
sayt - natavanqasimova.az (volleybolçu
Natəvan Qasımovanın
saytı); cəmiyyət
- ireli.az; elektron kommersiya
sahəsində ən
yaxşı sayt -
alinino.az; turizm - xinaliq.az.
Reyhan
Mədəniyyət.-
2011.- 25 may.- S. 2.