Göyçayda kitab bayramı
Gözəl təbii mənzərəsi, uca çinarları, şöhrətli narı ilə tanınan Göyçay bugünlərdə bayram libasındadır. Ulu öndərin anadan olmasının 88-ci ildönümü və gül bayramı münasibəti ilə keçirilən silsilə tədbirlərindən sonra rayonda “Kitab bayramı” yüzlərlə insanı bir yerə topladı.
Rayon mərkəzində Heydər Əliyev prospekti boyunca parkda açıq havada təşkil olunan tədbir ümummilli liderin abidəsi önünə gul-çiçək dəstəsi qoyulması ilə başlandı. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini R.Rəcəbova, Mədəniyyət və Turizm şöbəsinin müdiri S.Şükürov, MKS-nın müdiri R.Balayeva ölkə rəhbərliyinin mədəniyyətin inkişafına göstərdiyi diqqətdən danışaraq, kitabın insan həyatındakı rolu, gənclərin kitaba marağının artırılması yollarından bəhs etdilər. Tədbirdə “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Yeni latın qrafikalı kitablar”, “2011-ci il “Turizm ili”dir”, “Uşaq ədəbiyyatı” və s. bölmələrdə sərgilənən nəşrlər iştirakçılara təqdim olundu.
Kitabxana işçilərinin əl işlərindən ibarət “Bacarıqlı əllər” sərgisi də maraqla qarşılandı. Məktəblilərin ifasında maraqlı səhnəciklər göstərildi, mahnılar və şeirlər səsləndi. Tədbir R.Rza adına rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə başa çatdı.
Nəriman Məlikov,
Göyçay
Rayon Mədəniyyət
və
Turizm şöbəsinin aparıcı mütəxəssisi
Mədəniyyət.-
2011.- 27 may.- S. 7.