“Vəkil
hanı?”
Yeni
bədii film təqdim olundu
Mayın 26-da “Azərbaycan”
kinoteatrında rejissor Ülviyyə Könülün “Vəkil
hanı?” bədii filminin təqdimatı keçirildi. Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini
Müşfiq Hətəmov son dövrdə kinomuzda gedən
proseslər, çəkilən yeni filmlər haqqında məlumat
verdi.
Rejissor Ülviyyə Könül
film barədə danışaraq vurğuladı ki, bu onun
kinoda debütüdür. O, filmin çəkilişi
zamanı ortaya çıxan çətinliklərdən
danışdı, baş rolun (aktyor filmin bir
bölümündə qadın obrazını da
canlandırmalı olur) ifası üçün 18 aktyorun
sınaqdan keçirildiyini, sonda bu rola Bəhruz Vaqifoğlunun
təsdiq edildiyini dedi.
Film klassik komediya janrında çəkilib.
Cavan vəkil həmkarının xahişi ilə onu əvəz
etmək üçün məhkəmə salonuna yollanır,
lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində
vəkillik etməyə başlayır. Çox keçmir, aləm
dəyir bir-birinə...
Filmin ssenari müəllifləri
Elza Ağayeva, Ramiz Fətəliyev, operatoru Rafiq Quliyev, rəssamı
Rafiq Nəsirov, bəstəkarı isə Rəşad
Haşımovdur. Rollarda Toğrul Rza, Səidə Quliyeva,
Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram
Bağırzadə, Əməkdar artist Naina İbrahimova və
başqaları çəkiliblər.
Yeganə
Mədəniyyət.-
2011.- 27 may.- S. 3.