“Sənin adın Dənizdir”
“
ABŞ-ın məşhur
konsert salonlarından olan “
Musiqisi ilə yanaşı,
librettosu da F.Əlizadəyə məxsus
olan opera Denis (Dəniz)
adlı amerikalı rəssam qızla okeanın o tayından anası ilə qastrola gəlmiş azərbaycanlı gənc xanəndə Seymurun məhəbbətindən bəhs
edir.
Dəniz və Seymurun
məhəbbəti iki
musiqi cərəyanı
vasitəsilə təqdim
edilir. Dənizin
partiyasını hyustonlu
soprano Lora Botkin, atasını
amerikalı bariton Con Pakkard, Seymurun partiyasını istedadlı
gənc xanəndə
Babək Niftəliyev,
anasını isə Xalq artisti Mələkxanım
Əyyubova ifa ediblər. Onları müşayiət edən orkestrin tərkibində Azərbaycan
ifaçıları - xalq
artistləri, tarzən
Möhlət Müslümov,
kamançaçalan Fəxrəddin
Dadaşov da olublar.
F.Əlizadənin müasir dövrün
musiqisini milli muğamımızla məharətlə
sintez etməsi tamaşaçılar tərəfindən
böyük rəğbətlə
qarşılanıb. Premyeradan
sonra “Houston Chronikle” qəzetində opera barədə
Firəngiz Əlizadəyə
xitabən “Sizin adınız Qərblə
Şərqin simvoludur”
sərlövhəli geniş
məqalə dərc olunub. Amerika mətbuatı bəstəkarın
üslubundan bəhs edərək, onun Şərqin modal sistemi ilə Qərbin bəstəkar texnikasının
cəsarətlə sintez
etdiyini vurğulayıb.
Qeyd olunub ki, bu,
azərbaycanlı bəstəkarın
növbəti böyük
uğuru və Şərqlə Qərbin
mədəniyyətlərarası dialoquna qiymətli hədiyyəsidir.
Qeyd edək ki, “Houston Grand Opera”nın səhnəsində
“Your Name Means the Sea” operasının premyerası 4 gün - mayın 21, 23, 24 və
26-da anşlaqla keçib.
Mədəniyyət.- 2011.-
27 may.- S. 3.