Çində
Azərbaycan Mədəniyyəti
Günləri
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev tədbirlərdə
iştirak edir
Mayın 23-də Çin Xalq
Respublikasında Azərbaycan Mədəniyyəti
Günləri başlayıb. Tədbirlərdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə nümayəndə heyəti iştirak edir.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, parlament və icra hakimiyyətinin təmsilçiləri, incəsənət ustaları, məşhur solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Azərbaycan Dövlət Kamera Orkestrinin musiqiçiləri daxildirlər. İki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtmaq məqsədi daşıyan mədəniyyət günləri çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının solistlərinin və muğam ifaçılarının çıxışları, Azərbaycana həsr olunmuş fotosərginin, milli geyimlərimizdən və miniatür kitablardan ibarət sərgilərin təşkili nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyətinin ÇXR-in Mədəniyyət Nazirliyində, Çin Milli Turizm Administrasiyasında, Çin Milli Muzeyində görüşləri planlaşdırılır.
Azərbaycan ilə
Çin arasında mədəni əlaqələrin böyük - qədim
İpək Yolu dövrünə
gedib çıxan tarixi
var. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra iki
ölkə arasında mədəni əlaqələr
də yeni müstəviyə
qədəm qoyub, mədəniyyət sahəsində
sənədlər imzalanıb. 2006-cı ilin
dekabrında Azərbaycanın
Çindəki səfirliyinin nəzdində “Şuşa”
Mədəniyyət Mərkəzi
fəaliyyətə başlayıb.
Mədəniyyət.-
2011.- 25 may.- S. 2.