Əli Nino”: Bakı Bələdiyyə Teatrının premyerası

 

   Mayın 23-də Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, professor Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının Qurban Səidin eyniadlı əsəri əsasında səhnələşdirdiyi “Əli və Ninotamaşasının premyerası olub.

   Qurban Səidin ilk dəfə 1937-ci ildə Vyanada alman dilində nəşr edilən və indiyədək dünyanın 27 dilinə tərcümə olunan məhəbbət romanını səhnələşdirən və quruluş verən Elvin Mirzəyevdir. Səhnə əsərinin rəssamı Yelena Almazova, bəstəkarı Cəmalə Nəsirovadır.

   Əsərdəki hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu, XI Rusiya ordusunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Əsərdə Əlinin gürcü qızı Ninoya məhəbbətindən, onun Azərbaycanın Qarabağ bölgəsinə, həmçinin Dağıstan, Gürcüstan İrana səyahətlərindən söhbət açılır.

   Əli və Nino rollarını Elvin Mirzəyev və Nigar Həsənzadə, Səfərxan Şirvanşir rolunu isə Əməkdar artist Tofiq Bayramov oynayıblar. Digər rolları Tural Ağayev, İlqar Musayev, Toğrul Rza, Namiq Cavadov başqaları ifa ediblər.

 

 

   Mədəniyyət.- 2011.- 25 may.- S. 3.