Azərbaycan filmi Almaniya telekanalında
yayımlanıb
Almaniyanın
RBB telekanalında “Azərbaycanda
alman izləri. Uzaq ümid yeri Qafqaz” sənədli filmi yayımlanıb.
Mosikan Əhrarinin müəllifi
olduğu film XIX əsrin
əvvəllərində Almaniyanın
Vürtemmberq vilayətindən
olan alman mənşəli ailələr
tərəfindən əsası
qoyulan Helenendorf (indiki Göygöl) yaşayış məskəninin
tarixindən bəhs edir. 1941-ci ildə
Stalin Azərbaycandan 20 min almanı
Sibir və Qazaxıstana sürgün
edib.
Filmdə Azərbaycanın Göygöl rayonunda doğulub boya-başa çatmış bir neçə almanın bu yaşayış məskəni ilə bağlı xatirələri
səslənir, rayonda
alman əhalisi ilə birbaşa bağlılığı olan
şərabçılıq sənayesinin inkişafından
söhbət açılır.
Ekran əsərində alman və azərbaycanlı tarixçilərin Helenendorfda
şərabçılıq sənayesinin tarixi haqqında fikirləri də yer alıb.
Mədəniyyət.- 2011.-
25 may.- S. 3.