“Azərbaycan
xalçaları - İrəvan qrupu”
Tarixi həqiqətləri əks etdirən ensiklopedik nəşr
Noyabrın 3-də “Azərilmə”
Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr”
qalereyasında Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi
Şurasının qərarı ilə nəşr olunmuş
“Azərbaycan xalçaları - İrəvan qrupu”
kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə
çıxış edən natiqlər kitabın məziyyətlərindən
danışıblar. Bildirilib ki, kitabda Azərbaycan
torpaqları olan Qərbi Azərbaycanın tarixinə ətraflı
nəzər salınıb, İrəvan qrupu
xalçalarının xarakteristikasından geniş bəhs
olunaraq 102 nadir xalçanın şəkli verilib. Kitaba
salınmış hər bir xalçanın çeşnisi,
rəng ahəngi, semantikası, insanların ətraf mühitə
və inkişafa dair fəlsəfi baxışları
onların Azərbaycan gerçəkliyinin əks olunduğunu
qəti şəkildə ortaya qoyur.
Kitabın ön səhifəsində
Prezident İlham Əliyevin dediyi: “...İrəvan Ermənistana
Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan
xanlığında yaşayan insanların əksəriyyəti
azərbaycanlı idi. Zəngəzur mahalında
yaşayanların hamısı azərbaycanlı idi. Ona
görə, tarixi baxımdan da bu bizim torpaqlardır” fikri yer
alıb.
Kitab Milli Məclisin deputatı, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix
elmləri doktoru, professor Yaqub Mahmudovun elmi redaktorluğu ilə
çap edilib.
Mədəniyyət.-
2011.- 4 noyabr.- S. 15.