İlk tanışlıq - ilk
təəssürat
Müsahibimiz UNİMA-nın
vitse-prezidenti Stanislav Dubravadır
Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalının yüksək səviyyəli qonaqları arasında Beynəlxalq Kukla Teatrları Assosiasiyasının - UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava (Çexiya) da var. O, festivalda həm də Çexiya kukla teatrını təmsil edirdi. Qonağa bir neçə sualla müraciət etdik.
- Cənab Dubrava, Azərbaycana ilk dəfə gəlmisiniz, ilk təəssürat necədir?
- Bir neçə gündür
ki, buradayam. Tam səmimi deyirəm
ki, Bakı çox əla şəhərlərdən biridir.
İlk gün fikir söyləməyə çəkinsəm
də, indi Bakı və Azərbaycan haqqında fikirlərim tam dolğunlaşıb.
Təbii
ki, Bakıya ilk dəfə gəldiyim üçün öncə
ölkənizin teatr sənəti, o cümlədən
kukla teatrı barədə məlumatlar almağa çalışıram.
Məqsədim Azərbaycanda
kukla teatrı sənəti ilə yaxından tanış
olmaqdır. Bu günə kimi ölkənizin tarixi və incəsənəti
barədə məlumatlı
olmamağıma görə
təəssüflənirəm. Belə demək mümkündürsə,
Azərbaycanı tanımağa
gəlmişəm. Eyni zamanda
müasir Çexiya teatrı haqqında
festival iştirakçılarını məlumatlandırmaq istəyirəm.
- İlk
beynəlxalq teatr təşkilatı - UNİMA Çexiyada
təsis edilib. Çexiyada kukla teatrının tarixi barədə nələri deyə bilərsiniz?
- Çexiya kukla teatrı sənətində zəngin
təcrübəyə malikdir.
Dünyada qədim kukla
teatrının yarandığı
bir ölkəyik, bu sahədə böyük xidmətlərimiz
var. Amma bunu Asiya kukla teatrı
ilə müqayisə
etmək olmaz, çünki sizin kukla teatrınızın tarixi daha qədimdir.
Düşünürəm ki, Avropada kukla teatr sənətinin
inkişafında Asiya,
Şərq kukla teatrının böyük
töhfələri olub.
Çex
teatrında 1930-cu illərdə
Jozef Skura böyük nailiyyətlər
əldə etdi, II Dünya müharibəsindən
sonra Çexiyada teatr şəbəkələri
yaranmağa başladı.
1948-1951-ci illərdə xüsusi teatr şöbələri fəaliyyətə
başladı. 1952,
1967 və 1973-cü illərdə
isə Çexiyada həvəskar teatr festivalları keçirilməyə
başlandı.
- Bizim təhsil ocaqlarının
birində çex dili və mədəniyyəti
mərkəzi fəaliyyət
göstərir. Bu mərkəzlə əlaqələriniz
var?
- Xeyr, hələ ki əlaqələrimiz yoxdur.
Çalışacağam Bakıda
olduğum müddətdə
bu mərkəzlə də yaxından tanış olum. Eyni zamanda, Çexiyanın
ölkənizdə fəaliyyət
göstərən səfirliyinin
köməkliyi ilə
həyata keçən
layihələr haqqında
informasiyalar toplamağa
çalışacağam.
- Bizim kukla teatrı
tamaşalarını izləmək
imkanınız oldu?
- Bir tamaşaya baxmışam və bu mənim
çox xoşuma gəlib. Düşünürəm ki, festival bitəndən
sonra Azərbaycan teatrı haqqında daha çox biliklər əldə edəcəyəm.
- Sonda festivalla bağlı fikirlərinizi öyrənmək
maraqlı olardı.
- Festivallar ölkələri bir-birinə
yaxın edir. Bu gün Bakıda
keçirilən bu tədbir müxtəlif millətlərin mədəniyyətini
bir araya gətirdi və bütün dünyada tanınıb təbliğ
olunmasına şərait
yaratdı. Ümid edirəm
ki, festival davamlı olacaq və biz Bakıda daha böyük layihələrin
şahidi olacağıq.
Lalə Azəri
Mədəniyyət.-
2011.- 4 noyabr.- S. 14.