Qədim Misirdən Çin Amerikayadək

 

   Kukla teatrları dünyanın müxtəlif ölkələrində özünəməxsus inkişaf yolu keçib

  

   Kukla teatrı sənəti dünyada hələ qədim zamanlardan geniş yayılıb. Hələ eramızdan 2 min il əvvəl Misirdə ilk kukla tamaşalarının, xalq oyunlarının göstərildiyinə dair dəlillər mövcuddur. Misirdə qədim qəbirlərdə gildən, fil sümüyündən düzəldilmiş kuklalar tapılıb. Kukla teatrı ilə bağlı ən qədim məlumatı yunan tarixçisi Ksenofontun eradan əvvəl 422-ci ilə aid yazılarında tapmaq olar.

   

   «Fənər kölgələrinin teatrı» yaxud bu gün hər kəsə bəlli olan «Çin kölgə teatrı»nın tarixi 2 min il əvvələ gedib çıxır.

   Dünyada elm-texniki kəşfləri ilə tanınan Yaponiya həm kukla mədəniyyəti ilə məşhurdur. Yaponiyada kukla teatrlarının çoxlu formaları var.

   Koreyada kukla teatrı ənənəsinin Çindən gəldiyi güman edilir. Koreyada kukla sözü «gapsi», yəni «gəlin» ya «gənc qadın» mənasını verir.

   Tailandda isə kukla teatrlarının populyar forması olan “Hun Krabokadlı taxta kuklalar teatrı var.

   Hindistan da böyük kukla teatrı ənənəsinə malikdir. Böyük hind əfsanəsiMahabarata”da kuklalara istinadlar yer alıb. Bu ölkənin Rajastani kukla teatrı çox məşhurdur.

   Türk kölgə teatrı olanQaragözteatrının Anadoluya Çin Hindistandan gəldiyi bildirilir. Başqa bir versiyaya görə, kölgə teatrı Anadoluya XVI əsrdə Misirdən gəlib.

   Baxmayaraq ki, qədim yunan kuklalarından çox az nümunə qalıb, tarixi ədəbiyyat bu ölkədə kukla teatrının vaxtilə geniş yayıldığını göstərir. Homerin məşhurİliadaOdisseyaəsərləri vaxtilə kukla teatrı tamaşalarında təqdim edilirdi. Avropada kukla teatrının kökləri Yunanıstandan götürülüb.

   İtaliyada orta əsrlərdə kilsələrdə dini-əxlaqi mövzuda marionet (kukla) tamaşaları göstərilirdi. Çubuqlu kuklalar daha çox aşağı təbəqədə, marionet teatrı isə aristokrat dairədə populyar idi. O zaman kukla teatrları, İtaliyanın hər yerində, xüsusilə, Venesiyada populyar idi.

   İngilis kukla teatrı İtaliya komediya ənənəsindən götürülüb. Hazırda Böyük Britaniyada çoxlu kukla teatrları fəaliyyət göstərir.

   Almaniyada Avstriyada da kukla teatrı orta əsrlər İtaliya komediya ənənəsindən götürülüb. Əsası 1913-cü ildə professor Anton Ayçer tərəfindən qoyulan Zalsburq marionet teatrı bu gün dünyada məşhurdur.

   Afrika ölkələrində kukla ənənələri qədim Misirdən götürülüb. Bundan əlavə, Afrikada bəzi etnik qruplar hələ müxtəlif mərasimlərdə (məsələn, ov) kukla maskadan istifadə edirlər. Bu gün kukla teatrı rəqs, hekayə maskalı tamaşalar daxil olmaqla, geniş yayılmış folklor formasında davam etdirilir.

   Amerikaya kukla ənənələrini avropalılar gətiriblər. Hərçənd Meksikada VI əsrə aid qədim kukla nümunələri tapılıb. XX əsrin ortalarında ABŞ-da televiziya kukla teatrları yaranıb. Sonralar kuklalardan televiziya şoularında filmlərdə geniş istifadə olunmağa başlanıb.

 

 

   Mədəniyyət.- 2011.- 4 noyabr.- S. 10.