ASSİTEJ-in
Azərbaycan Milli Mərkəzinin ilk konfransı
Noyabrın 3-də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
UNESCO-nun nəzdindəki Uşaq
və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin ilk konfransı
keçirildi.
Konfransı Dövlət Gənc Tamaşaçılar Teatrının
direktoru, ASSİTEJ-in Azərbaycan
Milli Mərkəzinin sədri, Əməkdar
artist Mübariz Həmidov
açaraq, ölkəmizdə
fəaliyyət göstərən
teatrlar haqqında ətraflı məlumat verdi, rəhbərlik etdiyi teatrın bu günlərdə ASSİTEJ-ə
üzv qəbul olunduğunu bildirdi.
Qeyd olundu ki,
ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilmiş qurultayında
Gənc Tamaşaçılar
Teatrı böyük
səs çoxluğu
ilə quruma üzv qəbul olunub. Qurultayda Gənc Tamaşaçılar
Teatrı bu təşkilatın Azərbaycan
Milli Mərkəzi elan olunub.
Mübariz Həmidov ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin ilk konfransında
təşkilatın prezidenti
İvetta Hardinin də iştirak etdiyini nəzərə çatdırdı. Direkrtor ümidvar
olduğunu bildirdi ki, Milli Mərkəzin
fəaliyyəti uğurlu
olacaq.
Azərbaycanın zəngin mədəniyyətə
malik ölkə olduğunu deyən
ASSİTEJ-in prezidenti İvetta
Hardi Gənc Tamaşaçılar Teatrını
qurumun sıralarına
qoşulması münasibətilə
təbrik etdi. O,
təşkilatın uşaqlar
və yeniyetmələrin
mədəni tərbiyəsində
rolundan danışdı:
«Dünyada ASSİTEJ-in 85 üzvü
var. Bütün uşaqların
mədəniyyətə, yüksək
sənətə sevgi
ruhunda böyüməsini
istəyirik. İnanırıq ki, hər bir uşaq gözəl
teatr sənətinə
qovuşarsa, onun gələcəyi də gözəl olar. Teatr özündə başqa sənətləri də birləşdirən bir sahədir. Dünyanın
texnologiyalara cəlb olunduğu bir vaxtda isə, teatra əslində daha böyük tələbat olmalıdır.
Çünki teatr insanların bir-birini görmələrinə və
bir-birilərini anlamağa
imkan yaradır. Hazırda bəzi ölkələrin uşaqlarının
teatra qovuşması məhduddursa, bəzilərində
isə bu əksinədir».
İvetta Hardi onu da
bildirdi ki, ASSİTEJ üzv ölkələrin
bir-birinin teatr təcrübəsini öyrənməsi
üçün unikal
imkan yaradır. Azərbaycanın da bu təşkilata üzvlüyü əməkdaşlığa
yeni zəmin olacaq: “Azərbaycan dünya teatr mexanizmini öyrənməyə
çalışır. Sənət
adamları daima insanlara xidmət etməyə çalışırlar.
Biz də Azərbaycan
uşaqları üçün
gözəl teatr yaratmağa çalışacağıq».
Tədbirdə
daha sonra professor Rasim Nəbiyev, uşaq yazıçısı
Arzu Soltan, teatrşünas Aydın Talıbzadə və başqaları da çıxış edərək,
Azərbaycan teatrının
ASSİTEJ-ə üzv olması,
bu təşkilatın
ölkəmizlə əlaqələrinin
yaranmasını əlamətdar
hadisə kimi qiymətləndirdilər.
Gülər
Mədəniyyət.- 2011.- 4 noyabr.-
S. 2.