“Azərbaycan
dünyanın mədəniyyət mərkəzinə çevrilir”
Azər
Paşa Nemətov,
Xalq artisti
- Son illər Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən çox uğurlu layihələr
həyata keçirilir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə»
Dövlət Proqramı çərçivəsində
Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları
Festivalı da bu uğurlu layihələrdən biridir. İlk
dəfə, Azərbaycanda kukla teatrlarının belə
yüksək səviyyədə festivalının
keçirilməsinə çox sevinirəm. Dünyanın
20-dən artıq kukla teatrı bu nüfuzlu festivalda
iştirak edir, dünya kukla teatrlarının ən gözəl
nümunələri Azərbaycan səhnəsində azərbaycanlı
tamaşaçılara təqdim olunur. Eyni zamanda,
dünyanın məşhur teatr xadimləri, Beynəlxalq Kukla
Teatrları Assosiasiyası - UNİMA-nın, Beynəlxalq Teatr
İnstitutunun rəhbərləri Bakıya gəlib. Hətta
zarafatla öz aramızda deyirik ki, Bakıda teatr
dünyasının sammiti keçirilir.
Festivalın çox təmtəraqlı
açılışı oldu. Festival uşaqlara
da böyüklərə
də sevinc bəxş edir. Çox sevinirəm
ki, Azərbaycan dünya mədəniyyət
mərkəzlərindən birinə çevrilir, istər musiqi, istər muğam, istər teatr sahəsində dünyanın
gözü, diqqəti
Bakıya yönəlir.
Arzu edirəm ki, Azərbaycan bu yoldan dönməsin, dünyanın ən böyük mədəniyyət
mərkəzlərindən birinə çevrilsin.
Mədəniyyət.- 2011.-
4 noyabr.- S. 5.