Kürdəmirdə
Halloveen bayramı
Amerika Mərkəzi maraqlı layihələr həyata
keçirir
Kürdəmir
rayon MKS- nin binasında yerləşən Amerika Mərkəzi
maraqlı layihələr həyata keçirir, əhaliyə
mədəni və maarifçilik xidməti göstərir.
Burada pulsuz ingilis dili, kompyuter dərsləri təşkil
olunub. Bundan əlavə, hər kəs Amerika Mərkəzinin
internet şəbəkəsindən pulsuz istifadə edə
bilər.
Mərkəzdə dərslərlə
yanaşı müxtəlif tədbirlər və bayramlar da
keçirilir. Bu günlərdə Amerika Mərkəzində
keçirilən Halloveen bayramı maraqla qarşılandı.
Mərkəzdə çalışan Tot və Sara Frenslərdən
bu bayram haqqında məlumat vermələrini xahiş etdik.
Halloveen bayramı 500 il əvvəl
İrlandiyada yaranıb.
XIX əsrdə bayram Şimali Amerikada da yayılıb.
XX əsrdə Qərb Dünyası Halloveen bayramını Amerikanın məşhur mədəniyyəti olaraq
tanıyıb. Bir çox
Qərb ölkələrində
qeyd olunan bu bayram “Cadugərlər
bayramı” da adlandırılır.
Rəvayətə görə, qışın
gəlməsi ərəfəsində
ruhlar qara pişik formasında kəndlilərin həyətlərinə
gəlirlərmiş. Kəndlilər isə qorxuducu
paltarlar geyərək,
ya da qorxunc
şəkildə bürünərək
ruhları qovurlarmış.
İndi isə bu bayram bir əyləncədir.
Adətə görə Halloveen
bayramı günü
uşaqlar qonşu qapılara gedərək oradan kökə, müxtəlif şirniyyatlar,
hədiyyələr alırlar.
Bu bir növ
bizim ilaxır çərşənbədə uşaqların qonşu evlərə papaqatma adətinə bənzəyir.
Halloveen bayramının simvolu gülən balqabaqdır.
Bunun üçün bir balqabağın içi boşaldılır, gülən
bir sifət (maska) şəklində kəsilir, içində şam yadırılır
ki, bu da
şeytani sifət deməkdir.
Kürdəmir
Rayon MKS- nin binasında yerləşən
Amerika Mərkəzi bayramsayağı bəzədilmişdi.
Tədbirə gələnlər müxtəlif formalarda
-imperator, ifritə, pişik,
tülkü, ayı, siçan və sair formalarda paltarlar geymiş, maskalar taxmışdılar.
Bayramda mərkəzin
kompyuter və ingilis dili kurslarının
dinləyicilərindən ibarət
beş komanda
yarışırdı. Komandalar müxtəlif
mərhələlər üzrə
(balqabaqdan ən yaxşı fiqurun kəsilməsi, müxtəlif
qarışıq skletlərin
şəkillərinin kağız
üzərində kəsilib
sonra öz formasında yığılıb
yapışdırılması, şarlarla yarış və s.) bacarıqlarını
nümayiş etdirirdilər.
Komanda iştirakçıları bu oyunlarda böyük
həvəs və maraqla iştirak etdilər.
Sonda xanım Sara və
Tot Frenslər əvvəl
qalib komandalara, sonra isə bütün komanda üzvlərinə hədiyyələr
təqdim etdilər.
Tədbir böyük ruh
yüksəkliyi ilə
başa çatdı.
Məryəm Əliyeva,
Kürdəmir Rayon MKS-nin
metodika-biblioqrafiya şöbəsinin
baş kitabxanaçısı
Mədəniyyət.-
2011.- 11 noyabr.- S. 15.