Poeziyademokratiya mübarizi

 

   Xalqımız Balaş Azəroğlunu belə dəyərləndirir

  

   O, bu dəyəri gözəl yaradıcılığı, çox nüansda aldanılsa da, halal çabaları ilə qazanıb. o özü də, onu belə dəyərləndirən xalqını həmişə, hər yerdə, hər işdə, hər poema və şeirində yüksək qiymətləndirib, ürəkdən vəsf edib, sözünün gücü, fikrinin tacı bilib. İçəriləri poetik dad-tamlarla zəngin olan otuza qədər kitabının adları belə Vətəni, xalqı, milli və şəxsi “mən”i ilə bağlı çox duyğular, düşüncələr oyadıb, oyadır, oyadacaq...

  

   Elə dediksə, gərək belə davam edək ki, ədib qələmləri bütün digər qələmlərdən fərqlənməlidir. Onları tutub yazan əl sahiblərinin yalnız dövrlərini ifadə, şəxsi feyz və dərdlərini izhar etməklə kifayətlənməməlidir. Onlar öz sahiblərinin hökm-fərmalərı ilə saysız-hesabsız “səhabə”lərinin - oxucularının da mənəvi rifah halının məsuliyyətini daşımalıdır. Onlar öz yiyələrinin tənhalıq gecələrindən çəkdikləri şirə-həblərlə milyon-milyon aşiqin, min-min vətənpərvərin dərdinə məlhəm olmalıdır. Öz cananları üçün axıtdıqları bir qətrə göz yaşına sel təəccübü edənlərə “Tökər qan çeşmi-giryanım” təskinliyi verməlidir. “Bir qış baxışlı”sına qarğış edənləri poetik “Yazıq Aşıq Ələsgəri Çəkməyə dara xoş gəldin”lə tənələməlidir. Tarixən adı əks qütbdə dayandığı qılıncla yanaşı çəkilən bu kəsərli mənəvi silah bir şah-şairimizin fateh əlindən böyük humanizmlər fəth etməlidir: “Yol daşını yol quşuna - Atma, qardaş, kərəm eylə”. Vətənə üç verib on beş istəyən qələmçilərə də elə əsl ədib əlində müəllifinə hörmət, millətinə izzət qazandıran qələmlər ibrət dərsi keçməlidir: “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub, qayasında bitərdim...”

  

   Yazı qəhrəmanımızın qələmi

  

   Bu qələm iyirmi beş kitab yazıb. Bu, altı min səhifə, iki yüz mindən çox misra deməkdir. Ədiblikdə əbədi işlənəsi söz birləşmələrindən biri olanseçilmiş əsərləri” ifadəsinin müəlliflər haqda ciddi bir assosiativ fikir yaratması məlum. Bu da bəlli ki, qırx beş ildə Balaş Azəroğlunun “Seçilmiş əsərləri” altı dəfə nəşr edilib. Deməli, bu imza sevilib, bu nəşrlər oxunub. İlk mətbu şeiri on altı yaşındaykən çap edilən bir şair necə sevilməyə, necə oxunmaya bilərdi? Belə bir “erkən” şairin ilk kitabının iyirmi iki yaşındaykən nəşr edilməsi də təəccüblü görünməzdi - əgər həmin çağlar biri-birindən vahiməli səslənən repressiya və müharibə illərinə təsadüf etməsəydi. O, ana bətnindəykən bayırda da Vətən siyasi və mədəni inqilablara, milli azadlıq hərəkatına, üsyanlara hamilə idi. Onu rəngarəng mövzularda şeirlər, poemalarla yanaşı, çox vaxt ürəkdən girişəcəyi, bəzən də təhrik ediləcəyi işlər gözləyirdi. O, “sovetqorxusundan bəzən ata-anasına, qohum-qardaşına deyə bilmədiklərini 27 yaşında “Savalan” adıyla nəşr etdirdiyi kitabında dağa-daşa, bağa-baxçaya deyirdi. “Siz məndən uca qardaşım, qoca sirdaşım - dağ qardaşım!” söyləyirdi. “Mən al qırmızı bayraqlı, siz yamyaşıl çardaqlı - bağ bacım” - deyəndə, bir Allah bilir, necə göynəyirmiş.

   Dövrün “qırmızı nəzərlər” dəryasında kitablarına göz qaytaran adlar seçirmiş: “Mübarizə yollarında”, “Səhər şəfəqləri”, “Çiçəklənən tarlalar”, “Gəl, ay bahar”...

   Amma hərdən gözdağlayan adlara da adlayırmış: “Sinəm Savalan dağıdır”, “Elə oğul istəyir Vətən!”, “Məcnun söyüd”, “Dünənim, bugünüm, sabahım”...

   Balaş Azəroğlunun əsərlərini - ona məxsus hər “kitabın içindəkilər”i oxuduqca, kitabların “çöl”ündəki adların o içəri dünyanı tamamilə doğrultduğu qənaətinə gəlirsən. 1966-cı ildə nəşr etdirdiyi “Məcnun söyüdoxucusuna şairin poetik qəlbinin sətir-sərgisi təsiri bağışlayır. Çox hiss-duyğulardan sonra, belə bir qənaətə də gəlirsən ki, bu adla - mənbə Məcnunla ona bənzədilən söyüd arasında qəribə bir eko-bioqrafik oxşarlıq da var; biri zürriyyətsiz, o biri məhsulsuz .

   Yaxud, 29 yaşında çap etdirdiyi bir kitabın adını təhlilə çəkək: “Gənclik dostlarım”. Göstərilən yaşın özü gənclik dövrünə aid deyilmi? Bəs, şair-dost niyə belə ahıl-ahıl, qoca-qoca danışır? Bunu bilmək üçün gərək o kitabı oxuyasanbir neçə mətləblə yanaşı, bunu da fəhm edəsən ki, əvvəla, o məlum dövr bu şairə illəri həndəsi silsilə-vəlvələ ilə yaşadıb. İkincisinə qalan yerdə - “hansı şairin ki, sevdayi-milli var başında, o, uşaqdır, cavandır, ahıldır, qocadır hər yaşında!”

   Doğrudan da belədir. Əks təqdirdə, o, altmış iki yaşında yazıb bağladığı gənclik təravətli, məhəbbət təranəli şeirlər kitabını “Gəl, ay bahar!” adlandırmazdı. Yetmiş yaşında “Bir kürsü istəyirəm” iddiasına düşməzdi. Hafizin qəbri üstündə”də qələmindən gizlətdiklərini “İllərdən illərə” saxlamaz, “Sənətin qüdrəti”ndə saf-çürük etməz, “İki dostun münasibət əhvalatlarında süsləməz, “İtmiş qız haqqında dastanda bütün yaşdan olan ürəkləri bu qədər kövrəldə bilməz və nəhayət “uzun sözün qısası” naminə - otuz yaşında yazdığı və qrammatik qayda-qanunla dırnaq (“) içərisində verəcəyim “Mənim nəğmələrim” kitabı da daxil - onun sözlərinə bu qədər nəğmələr, monoqrafiyalar, dissertasiyalar yazılmazdı...

  

   1921-2011

  

   Bu onun olum-ölüm tarixçələridir. Bu ömrə uzun da demək olar, orta da, qısa da. Rəsul Rza demişkən; “heç kəsvaxtındaölmür”. Yəni, lap yüz əlli yaşda ölən yüz əlli biri , yaxud bir gün, bir saat artıq da yaşaya bilərdi. Yetər ki, adiliyi qeyri-adilik, qəribəliyi təbiilik kimi qəbul edə biləsən. Məsələn, heç təəccüblənməyəsiz ki, bayaqdan bəri yazıb-yaratdıqları, yaşayıb-yaşatdıqları haqda, sağlıq-varlıq çabaları barədə danışdığım bir şairin dünyaya gəlişindən, iş-gücündən, dünyadan gedişindən hələ indi bəhs edirəm.

   Olur, mümkündür; ilk baxışda düzünəqulu görünən bu dünyada belə solaxaylıqlar da olur. Məsələn, 1921-ci il noyabrın 11-də Bakıda doğulub, orta təhsilini burada almış Balaş 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçdüyündən Ərdəbildə fars ibtidai məktəbində oxumalı olur. Üç il sonra orada Milli Azadlıq hərəkatına qoşulan bu gəncmoltanıbir dil-üslübda səslənən AZFC-nin (“Azərbaycan zidd-faşist cəmiyyəti”nin) Ərdəbil vilayəti şöbəsinə sədr seçilir. Bu cəmiyyətin orqanı olanYumruqqəzetinə redaktor təyin edilir. Faşizm əleyhinə, demokratiya lehinə çalışmalarını poetik yaradıcılıq nümunələrilə birgə davam etdirir. SəttarxanşeiriVətən yolundaqəzetinin keçirdiyi yaradıcılıq müsabiqəsinin mükafatına layiq görülür. 22-25 yaşları arasında əsl poeziya demokratiya məşhuruna çevrilir. Azərbaycan Demokratik Firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdətqəzetinin redaktoru, “Şairlər məclisi”nin rəhbəri seçilir. 1946-cı ildə Təbrizdə Milli hökumətin qərarı ilə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin edilir. O tayda iki şeir kitabı çap olunduqdan sonra bu tayda ADU-nun (BDU) filologiya fakültəsində təhsil aldığı illərdə Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin sədri vəzifəsində çalışırdı. ADF MK-nın sədr müavini, həmin təşkilatın orqanı olanAzərbaycanqəzetinin məsul redaktoru, Azərbaycan Ali Partiya Məktəbində dekan...

   Bir müddət sonra onunla bağlı ədəbiyyat siyasət paralelinə daha bir görəv qoşulur; imzası ədəbiyyatşünaslıq, alimlik sahəsində görünməyə başlayır. O, 1963-cü ildən 1982-ci ilə qədər Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda çalışır, filologiya elmləri namizədi adı alır. ÇoxcildlikAzərbaycan ədəbiyyatı”nın müəlliflərindən biri, “Yeddi gözəl”in (N.Gəncəvi) tərcüməçisi, neçə-neçə təşkilat, komitə cəmiyyətlərin sədr üzvü kimi tanınır. Əsərləri SSRİ bir çox dünya xalqlarının dillərinə tərcümə edilir, xidmətlərinə sənətinə görəŞərəf nişanı”, “Xalqlar dostluğu digər orden-medallarla, Xalq şairi adı ilə təltif olunur.

   ... bir vaxtİllərdən illərəadlı da bir kitab yazmış bir şairin 90 illik yubileyinə 7 ay qalmış getdi...

   Əlbəttə, o az yaşamadı, amma bir onillik dözsəydi, bir şair dostununHər kəs yüz il yaşamasamisrasındakıgünah”a batmadan getmiş olardı...

  

 

   Tahir Əhmədalılar

 

   Mədəniyyət.- 2011.- 11 noyabr.- S. 11.