T ə
ə s s ü r a t l a r
Dünyanın ən gözəl kuklaları Bakıda sərgilənirdi
Tədbirdə
Belarusdan interyer kukla ustası Qalina Dmitruk, Çexiya kukla klubunun yaradıcısı,
Praqadakı beynəlxalq
kukla sərgisinin direktoru Boqdana Klotilova, interyer kuklası sahəsində mütəxəssis Yelena İlina,
İtaliyadan kukla sənətinin magistri, bir çox beynəlxalq mükafatların
laureatı Katerina Veştak, Rusiyadan «Vaxtanov» kukla qalereyasının direktoru
İrina Mızina, «Dünya kuklaları» Fondunun icraçı direktoru Olqa Laxina, «DollArt» yaradıcılıq birliyinin
üzvü İrina Qoryunova, Sankt-Peterburq kukla məktəbinin tanınmış nümayəndələri
Olqa Qerr, Natalya Beltyukova, Viktor Qriqoryev, habelə Fransa, Latviya, Niderland, Ukrayna mütəxəssisləri
iştirak edirdi. Onların sərgi ilə bağlı təəssüratları
da maraqlı idi.
Özünün
qeyri-adi görünüşü
ilə kuklanı xatırladan belaruslu interyer kukla ustası Nadin Litinaluski Bakıda tamamilə fərqli bir mədəniyyətlə
rastlaşdığını dilə gətirdi: «Bakıya, Beynəlxalq Kukla Biennalesində iştirak etməyə dəvət alanda çox sevindim. Burada çox fərqli bir mədəniyyət, adət-ənənə ilə
rastlaşdım. Azərbaycan
mədəniyyəti ilə
daha yaxından tanış olmaq, onu öyrənmək
istərdim. Eyni zamanda Bakıda
rəssamlarla, yaradıcı
insanlarla ünsiyyət
qurmaq da çox maraqlıdır.
Bu sərgidə təqdim etdiyim kuklanı Bakıya həsr etmişəm.
O mənim ən çox sevdiyim yazıçının qəhrəmanıdır.
Deməli, kukla sənəti
həm də xalqları, onların mədəniyyətini birləşdirir,
onları yaxınlaşdırır.
Bir məqamı da qeyd etmək istərdim ki, sərgidə Azərbaycan
rəssamlarının əl
işləri daha çox xoşuma gəldi. Ona görə də
təkrarən Bakıya
gəlmək niyyətindəyəm”.
Rusiyanın «Vaxtanov» kukla qalereyasının direktoru
İrina Mızina kukla biennalesini heyranedici hadisə kimi dəyərləndirdi:
«Mən hamını belə möhtəşəm
sənət bayramı
münasibətilə təbrik
edirəm. Həmişə düşünmüşəm
ki, harada yaşamasından, milliyyətindən,
yaşından asılı
olmayaraq hər kəsin öz sevdiyi kuklası olur. İnanın ki, sərgiyə
gələn hər kəs öz sevimli kuklasını axtarır. Çünki
kukla həm də ünsiyyət vasitəsidir: o insanları
daha tez yaxınlaşdıra bilir.
Kukla sənətinin tarixi çox qədimdir. Art-kuklaya gəlincə,
bu sənət gəncdir. Lakin buna baxmayaraq
dünyada sürətlə
inkişaf edir və bu bizi
sevindirir. Çox şadam
ki, dünyada müəllif kuklaları sahəsində ilk dəfə
Bakıda keçirilən
belə bir biennaledə müxtəlif
ölkələrdən çoxlu
sənətkarlar toplaşıb.
Biz tanış olur, fikir mübadiləsi
aparırıq. Bundan gözəl nə ola bilər?
Düşünürəm ki, bunun davamı olmalıdır.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdaram
ki, bizlər üçün belə bir bayram təşkil
edib. Bir neçə il
bundan əvvəl Rusiyanın kukla aləmində ən məşhur qalereyalarından
biri olan «Vaxtanov» qalereyasının
eksponatlarından ibarət
sərgi Bakıda təşkil olunmuşdu.
O vaxt mən də Bakıya gəlmişdim. Aradan az vaxt keçməsinə baxmayaraq
paytaxt çox dəyişib, gözəlləşib».
«Dünya kuklaları» Fondunun icraçı direktoru Olqa Laxina Bakının
belə beynəlxalq tədbirə ev
sahibliyi etməsini yüksək qiymətləndirdi:
«Dünyanın tanınmış
kukla ustaları bir araya gəlib.
Əlbəttə, bu bizə yeni tanışlıq, fikir mübadiləsi imkanı verir. Sonuncu dəfə ilyarım əvvəl Bakıda olmuşam. Şəhərinizdə elə surətli
inkişaf var ki, gözlərimə inana bilmədim. Bakı Şərqlə Qərbi özündə yaşadan
möhtəşəm məkana
çevrilib. Bakının
belə beynəlxalq mədəniyyət tədbirlərinə
ev sahibliyi
etməsi ölkənizin
Avropa və dünya mədəniyyətinə
inteqrasiyasının göstəricisidir.
Biennaleyə gəlincə, o qədər
gözəl təşkil
olunub ki, mən sadəcə olaraq heyran oldum.
Sərgidə dünyanın ən
gözəl, ən mükəmməl sənət
əsəri hesab edilən kuklalara rast gəlmək olur. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm ki, belə gözəl tədbirin öhdəsindən
uğurla gəlib».
Çexiya Kukla Klubunun yaradıcısı, Praqadakı
beynəlxalq kukla sərgisinin direktoru Boqdana Klotilova ölkəsində kukla sənətinin özəllikləri
barədə danışmaqla
yanaşı, sərginin
əhəmiyyətini də
yüksək dəyərləndirdi:
«Avropanın bir sıra ölkələrində
olduğu kimi, hazırda Çexiyada da bədii kukla
sənətinə böyük
əhəmiyyət verilir.
Məsələn, bizim ölkəmizdə
daha çox tekstil kuklaların hazırlanması üstünlük
təşkil edir.
Bu üslub Amerika
məktəbi hesab olunur. Bu məktəbdə
müasir, rəngarəng
kuklalar üstünlük
təşkil edir.
Bakıda keçirilən biennaledə isə tamamilə fərqli kukla növləri ilə rastlaşdım.
Onlar cəlbedici olmaqla yanaşı, həm də gözəl sənət əsərləridir.
Burada yerli rəssamlar, kukla sənəti mütəxəssisləri
ilə tanış
olmaq, əməkdaşlıq
etmək istərdim. Bu möhtəşəm tədbirə dəvət
olunduğuma görə
təşkilatçılara minnətdarlığımı bildirirəm. Ümid edirəm
ki, bu tədbir
davamlı olacaq”.
İtaliyalı
qonaq, kukla sənətinin magistri, bir çox beynəlxalq mükafatların
laureatı Katerina Veştak belə sərgilərə kukla sənətinin inkişaf etdiyi bütün ölkələrdə maraq
göstərilməsinin vacibliyini
diqqətə çatdırdı:
«Sərgidə müxtəlif
ölkələrin mədəniyyətlərini
əks etdirən kuklalar nümayiş olunur. Maraqlısı odur ki, burada həm klassik, həm də avanqard kuklalar özünə yer alıb. Kukla sənəti ilə bağlı sərgilər
İtaliyada da tez-tez keçirilir. Sevinirəm ki, bu sənət
ölkələri, insanları
bir araya gətirir. Hər zaman öz qonaqpərvərliyi ilə
seçilən Azərbaycanda
da dünyanın müxtəlif ölkələrindən
olan mütəxəssislərlə
bir yerdə olmaq, onların əl işlərinə tamaşa etmək insana sadəcə zövq verir. Bir sözlə, əminəm
ki, Bakıdan xoş, yaddaqalan təəssüratlarla ayrılacağam».
Çexiya Kukla Birliyinin nümayəndəsi,
interyer kuklası sahəsində mütəxəssis
olan Yelena İlina isə bildirdi ki, müxtəlif rəssamların, sənətkarların
toplaşdığı bu
tədbir həm də yaradıcı insanlarla tanışlıq
üçün gözəl
fürsətdir: «Burada
Rusiya, Ukrayna, Azərbaycan, İtaliya və digər ölkələrdən art kukla
sənətçiləri iştirak
edir. Onları görmək, fikir
mübadiləsi aparmaq
çox gözəldir.
Bundan başqa Bakı kimi heyranedici bir şəhəri görmək də çox xoşdur”.
Ukraynalı kukla ustası Viktoriya Kuklova sərginin təşkilindən
məmnun olduğunu dilə gətirdi: «Fusion
doll» Beynəlxalq Kukla
Biennalesində iştirak
etməyimə çox
şad oldum. Sərgi gözəl təşkil olunub. Onu da bildirim ki, mən Bakıya,
xüsusilə də onun arxitekturasına heyran oldum. Ələlxüsus axşamlar şəhərin
işıqlandırılması, rəngarəng işıqlar
göz oxaşyır və bu, mənim
çox xoşuma gəlir”.
Riqa Kukla Sənəti Muzeyi kolleksiyasının rəssamı İnara Liepa bizimlə söhbətində əvvəlcə
öz yaradıcılığından
danışdı: «Ətrafımızda
olan əşyalar müxtəlifdir. O bizim diqqətimizi ya cəlb edə, ya da bizim
üçün əhəmiyyətsiz
ola bilər.
Mənim
yaradıcılığımda olan dizayn elementləri
insanlara gözəl əhval-ruhiyyə bəxş
edir və romantik anlar yaşadır. Sərgidə də məhz əl işlərimi belə nümayiş etdirirəm. Təqdim etdiyim
kolleksiyaya müxtəlif
kuklalar daxildir. Eyni zamanda, demək istərdim ki, Bakı Beynəlxalq Kukla Biennalesi çox gözəl və maraqlı tədbirdir. Burada peşəkar və maraqlı kukla sənəti müəllifləri
ilə tanış
olduq. Düşünürəm ki, bu beynəlxalq tədbirin parlaq gələcəyi var”.
Bir sözlə, ilk dəfə
Bakıda keçirilən
«Fusion doll» Beynəlxalq Kukla
Biennalesində iştirak
edən mütəxəssislərin
təəssürat və
rəylərindən də
tədbirin böyük
maraq doğurduğu aydın sezilirdi.
Mehparə
Mədəniyyət.-
2011.- 11 noyabr.- S.8.