Rauf Avşarın Kukla
Teatrı «Məşədi İbad»ı təqdim etdi
Bakıda keçirilən Beynəlxalq
Kukla Teatrları Festivalı çərçivəsində
Estoniyada yaşayan həmyerlimiz
Rauf Avşarın Kukla
Teatrı Üzeyir Hacıbəylinin «O
olmasın, bu olsun» musiqili komediyası əsasında hazırlanan
«Məşədi İbad»
tamaşasını təqdim etdi. Gənc
Tamaşaçılar Teatrında Azərbaycan dilində nümayiş olunan
tamaşanın rejissoru Rauf
Avşar, personajların
ifaçısı isə Dmitri Simagin və Viktoria Halonen idi.
Maraqla qarşılanan tamaşadan sonra teatrın rəhbəri və rejissoru R.Avşarla qısa söhbət etdik. Həmsöhbətimiz bildirdi ki, 15 yaşı tamam olacaq teatrda əsasən Azərbaycan, rus, italyan, bolqar, eston və s. xalqların nağıl və əfsanələri səhnələşdirilir.
Teatrın tamaşaları rus, eston, Azərbaycan dillərində oynanılır. «Məşədi
İbad» isə Azərbaycan dilində hazırlanıb: «Bu çox
uğurlu tamaşadır.
Estoniyadakı diasporumuz tərəfindən
də çox bəyənildi. Estoniya
dövləti teatrımızın
fəaliyyətinə, layihələrimizin
gerçəkləşməsinə yardım edir. Ümumiyyətlə, bu ölkədə yaşayan
azərbaycanlı icmasına
Estoniya dövləti tərəfindən daima diqqət göstərilir”.
Teatr tez-tez nəinki Azərbaycanın rayonlarına,
eləcə də xarici ölkələrə
qastrola çıxır.
Hazırda Rauf Avşarın Kukla Teatrı «Üç keçi» adlı tamaşa hazırlayır və 2012-ci ildə tamaşanın Azərbaycanda
təqdimatı planlaşdırılıb.
Beynəlxalq Kukla Teatrları Festivalının əhəmiyyətindən
də danışan R.Avşar tədbirin çox uğurlu alındığını bildirdi:
«Kukla teatrları üçün belə layihələr çox önəmlidir. Müxtəlif
ölkələrdən gəlmiş
kukla teatrlarının
rejissorları və aktyorları ilə söhbət, ünsiyyət
bizim üçün
çox maraqlı oldu».
Gülər
Mədəniyyət.-
2011.- 11 noyabr.- S. 9.