Londonda dünya
skalçılarının toplantısı keçirilib
Böyük
Britaniyanın paytaxtı Londonda
keçirilən «World Travel
Market 2011» beynəlxalq turizm
sərgisi çərçivəsində noyabrın 8-də dünya ölkələrində fəaliyyət
göstərən skal klubları rəhbərlərinin
toplantısı olub. Londonun «Crown Plaza» hotelində
baş tutan toplantıda “Skal İnternational”ın Bakı
klubunun prezidenti Ruslan Quliyev də iştirak edib.
Müxtəlif mövzuların müzakirəsinə
həsr olunmuş toplantıda R.Quliyev geniş məruzə ilə çıxış
edib. Klub rəhbəri çıxışında
son 10 ildə Azərbaycanın
turizm sahəsində əldə etdiyi uğurlardan danışıb,
eyni zamanda 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan
edilməsi, bununla bağlı görülən
işlər, həyata
keçirilən layihələr
barədə həmkarlarına
məlumat verib.
«Skal Bakı»nın prezidenti toplantı iştirakçılarına Azərbaycanın
turizm potensialının
təbliğinə həsr
edilmiş müxtəlif
reklam-çap məhsulları
və hədiyyələr
də təqdim edib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Birləşmiş
Ərəb Əmirliklərinin
“Explorer Publishing & Distribution” nəşriyyatında
çap olunmuş
“Baku Mini Visitors’ Guide” bələdçi kitabı skalçıların
xüsusi marağına
səbəb olub.
R.Quliyev «Skal Bakı»nın
uğurlarından da söz açıb, yarandığı az vaxt içərisində təşkilatın dünyanın
bir çox ölkələrində fəaliyyət
göstərən skal
klubları ilə yaxından əməkdaşlıq
əlaqələri qurduğunu
nəzərə çatdırıb.
Qeyd edib ki, rəhbərlik
etdiyi qurum turizm sahəsində tədrisin inkişafına
verdiyi töhfəyə
görə Mədəniyyət
və Turizm Nazirliyinin mükafatına
layiq görülüb.
Dünya skal klublarının təmsilçiləri
«Skal Bakı»nı
əldə etdiyi uğurlarına görə
təbrik ediblər.
Qeyd edək ki,
«Skal İnternational
Baku» öz yaranışı
və tarixi ilə önəmli bir rola malikdir.
Belə ki, bu təşkilat
«Skal İnternational» beynəlxalq turizm təşkilatının postsovet
məkanında və
Qafqazda yeganə klubudur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 16 noyabr.- S. 9.