Musiqimizin Avropada daha bir uğuru

 

   Mənsum İbrahimov: “Azərbaycan mədəniyyətini uğurla təmsil etdiyimizə görə çox xoşbəxtəm

  

   Xəbər verdiyimiz kimi, oktyabrın 26-dan 30-dək Danimarkanın paytaxtı Kopenhagendə keçirilən WOMEX (World Music Expo) dünya musiqi sərgisində ölkəmiz ilk dəfə təmsil olunub.

  

   Bu nüfuzlu dünya musiqi sərgisində ölkəmizi, tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Qarabağmuğam qrupu - əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) nağara ifaçısı Kamran Kərimov təmsil edib.

   Xatırladaq ki, bu il WOMEX dünya musiqi sərgisində iştirak etmək üçün dünyanın ayrı-ayrı ölkələrindən rekord həddə - ümumilikdə 750 ərizə daxil olub yalnız 30 ölkə iştirak etmək hüququ qazanıb ki, bu ölkələrdən biri Azərbaycandır.

   Azərbaycan musiqisinin dünyadakı daha bir uğuru barədə Xalq artisti Mənsum İbrahimov ətraflı məlumat verdi:

   - World Music Expo - beynəlxalq etnik musiqi sərgisi 20 ilə yaxındır ki, Avropanın müxtəlif ölkələrində keçirilir. Ancaq buna baxmayaraq bu sərginin mərkəzi Berlin şəhərindədir. Sərgini keçirməkdə məqsəd dünya musiqisinə aidiyyəti olan müğənni, bəstəkar, prodüser bu sahədə çalışan bütün insanları birləşdirmək, musiqi mədəniyyətlərini bir araya gətirməkdir. Əgər Avropanın məşhur kino festivalı Kann sayılırsa, musiqi sahəsi WOMEX-in adı ilə bağlıdır.

   Odur ki, biz bu festivalda iştirak etmək qərarına gəldik.

   WOMEX çox önəmli bir festivaldır. Seçimə daxil edilən disklər araşdırılır jüri tərəfindən qəbul olunan musiqi qrupları festivala dəvət olunur. Biz musiqilərimizi disklə əvvəlcədən göndərdik 6 ay bundan öncə bizə təşkilat komitəsi tərəfindən məktub gəldi ki, biz özümüzü çox xoşbəxt hiss edirik ki, siz bu festivalda təmsil olunursunuz.

   Beləliklə, biz bu festivalda iştirak etdik. Qarabağmuğam qrupunun çıxışı oktyabrın 29-da ən böyük salonlardan birində oldu. Çıxışımızdan əvvəl tanınmış telejurnalist Emin Musəvi səhnəyə çıxıb Azərbaycan haqqında, muğamlarımız, musiqimiz barədə iştirakçılara ətraflı məlumat verdi. Bizə 45 dəqiqə vaxt ayrılmışdı. Biz “Şahnazmuğamından bir kompozisiya hazırlamışdıq, xalq mahnılarını sondaQarabağmahnısı Qarabağ şikəstəsi”ni ifa etdik. Çıxışlarımız yüksək səviyyədə qarşılandı. İlk dəfə bu festivalda təmsil olunduğumuz üçün bir azərbaycanlı vətəndaş kimi özümü çox xoşbəxt hiss elədim ki, Azərbaycan musiqisini, mədəniyyətini uğurla təmsil elədik. Bu uğurdaQarabağmuğam qrupunun hər bir üzvünün öz əməyi var, çünki xüsusi bir proqram hazırlamışdıq.

   WOMEX-in konsert müdiri Aleksander Valter çıxışımıza yüksək qiymət verdi. Konsertimiz başa çatandan sonra bizə məlumat verdilər ki, zalda oturan danimarkalı tamaşaçılardan biri yaxınlaşaraq azərbaycanlı tamaşaçılarının əlindəki bayrağın qarşısında baş əyib deyib ki, sizin çox böyük millətiniz var ki, belə zəngin musiqiyə sahibsiniz. Təbii ki, bu Azərbaycan musiqinə verilən ən böyük qiymətdir.

   Konsertdən sonra tamaşaçılar mədəniyyətimizlə bağlı maraqlı suallar verdilər, musiqimizi çox bəyəndiklərini bildirdilər.

   Oktyabrın 30-da isəVətəncəmiyyəti onun rəhbəri Səfər Sadiqinin təşəbbüsü ilə Danimarkada yaşayan azərbaycanlılarla görüş oldu. Danimarkalıların, habelə İsveçdə, Böyük Britaniyada, Cənubi Azərbaycanda yaşayan həmyerlilərimizin iştirakı ilə keçirilən görüşdə biz bir neçə musiqi nömrəsi ilə çıxış etdik.

   Ümumiyyətlə WOMEX dünya musiqi sərgisi 2 istiqamətdə təşkil olunur. Dünyanın bütün qitələrindən gələn təmsilçilər konsertlərdə öz ölkələrinin musiqi mədəniyyətini nümayiş etdirməklə yanaşı sərgidə müxtəlif prodüser şirkətləri, prodakşn kompaniyaları musiqiyə aidiyyəti olan digər qruplar öz stendlərini təqdim edirlər. Artıq biz orada olarkən 10 ölkədən dəvət aldıq.

   Onu da qeyd edim ki, WOMEX dünya musiqi sərgisi 2012-ci ildə Yunanıstanda keçiriləcək. çox istəyirəm ki, Azərbaycan hər il bu festivalda təmsil olunsun milli musiqimiz dünyaya yayılsın.

  

 

   Təranə Vahid

 

  Mədəniyyət.- 2011.-  16 noyabr.- S. 6.