Gənc Tamaşaçılar
Teatrında “Romeo və
Cülyetta”
Tamaşaya ictimai baxış keçirildi
Noyabrın 11-də Gənc Tamaşaçılar
Teatrında “Romeo və
Cülyetta” tamaşasına
ictimai baxış keçirildi. Böyük ingilis
dramaturqu Uilyam Şekspirin məşhur əsərini teatrın baş rejissoru Xalq artisti Cənnət
Səlimova səhnələşdirib.
Tamaşanın quruluşçu
rəssamı Tumanaşvili
adına Gürcüstan Dövlət
Dram Teatrının baş
rəssamı Şota
Qlurdjidze, bəstəkarı
Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu
rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi
Sergey Qritsaya məxsusdur.
Tamaşada əsas rolları Günel Məmmədova (Cülyetta),
Elnur Kərimov (Romeo),
digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Seyidşah Məmmədov, Şövqi
Hüseynov, Kəmalə
Hüseynova, Leyli Vəliyeva, aktyorlar Nəsibə Eldarova, Rəşad Səfərov,
Vüqar Məmmədəliyev,
Nicat Kazımov və başqaları ifa edirlər.
Tamaşanın premyerası noyabrın
24-də Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında olacaq.
Reyhan
Mədəniyyət.- 2011.- 16 noyabr.-
S. 6.