Turizm İnstitutunun əməkdaşları
Bolqarıstanda konfransda iştirak
ediblər
Noyabrın 12-13-də
Bolqarıstanın paytaxtı Sofiyada Milli və Dünya
İqtisadiyyatı Universitetində “XXI əsrdə turizmin
problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. Turizm
İnstitutunun mətbuat xidmətindən qəzetimizə daxil
olan məlumata görə, adıçəkilən
universitetin “Turizm iqtisadiyyatı” kafedrasının 20 illik
yubileyinə həsr edilən tədbirdə ATİ-nin 4 əməkdaşı
- dosent Bahadur Bilalov və müəllimlər Qəhrəman
Yusupov, Şəmsiyyə Tahirbəyova və Rəfiqə Nəcəfova
iştirak edib. Dünyanın 5 ölkəsindən müxtəlif
ali məktəblərin təmsilçiləri konfransda
müasir şəraitdə turizmin inkişaf perspektivlərinə
dair fikirlərini bölüşüblər. Turizm
İnstitutu əməkdaşlarının ölkə turizminə
həsr olunmuş məruzələri
iştirakçıların böyük marağına səbəb
olub. Onlar iştirakçılar tərəfindən verilən
çoxsaylı sualları hərtərəfli
cavablandırıblar.
Beynəlxalq konfrans
iştirakçılarından - Fransadakı Sahilyanı Opal
Coast Universiteti, Tiflis Dövlət Universitetinin Beynəlxalq
Turizm kolleci nümayəndələri Azərbaycan Turizm
İnstitutu ilə əməkdaşlıqda maraqlı
olduqlarını bildiriblər.
Fəxriyyə
Mədəniyyət.-
2011.- 16 noyabr.- S. 3.