Kitabxanaşünas alimlə görüş keçirilib

 

   Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında tarix elmləri doktoru, professor, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü Abuzər Xələfovun anadan olmasının 80 illiyi ilə əlaqədar yubilyarla görüş keçirilib.

   Tədbiri Xətai rayon MKS-in direktoru Oruc Quliyev açaraq yubilyarın elmi-pedaqoji fəaliyyəti barədə danışıb, tədbirin əhəmiyyətini vurğulayıb. BDU-nun kitabxanaçılıq fakültəsinin dekan müavini, dosent Elçin Əhmədov Abuzər Xələfovun keçdiyi şərəfli həyat yolu, elm sahəsində qazandığı uğurlar, kitabxanaçılıq fakültəsinin yaradılması və inkişafında xüsusi rolu haqqında geniş məruzə edib.

   Səbail rayon MKS-in direktoru, Bakı şəhər kitabxanaları üzrə Direktorlar Şurasının sədri Nüşabə Ələkbərova, Xətai rayon İcra Hakimiyyətinin təhsil, mədəniyyət və səhiyyə şöbəsinin müdiri Pənah İmanov, BDU-nun Biblioqrafiya kafedrasının müdiri Nadir İsmayılov, dosentlər Sahib Rzayev, Knyaz Aslan, Pərviz Kazımi və başqaları çıxış edərək yubilyar haqqında dəyərli fikirlər söyləyiblər.

   Sonra söz yubilyara verilib. Abuzər Xələfov görüşün təşkilatçılarına təşəkkürünü bildirib, tədbir iştirakçılarının suallarını cavablandırıb. Yubilyara Xətai rayon MKS-in fəxri fərmanı təqdim edilib.

   Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

 

 

   Mədəniyyət.- 2011.- 18 noyabr.- S. 13.