Gənc
nəslin maariflənməsində kitabxanaların rolu danılmazdır
8
Mart adına uşaq kitabxanasının əsası 1904-cü
ildə köhnə Ramana kəndində qoyulmuşdur.
1959-1960-cı illərdən kitabxana Bakıxanov
(keçmiş Razin) qəsəbəsində fəaliyyət
göstərməyə başlayıb.
2011-ci ilin yanvarında Bakı
şəhər Mədəniyyət və Turizm İdarəsinin
əmrinə əsasən, 8 Mart adına uşaq
kitabxanasının nəzdində Sabunçu rayonu üzrə
Mərkəzləşmiş Kitabxana Sistemi yaradıldı.
MKS-nin 15 filialı fəaliyyət göstərir.
MKS-nin müdiri Nəcibə Hüseynova
bizimlə söhbətində bildirdi ki, mərkəzləşmiş
kitabxana sisteminin yaradılması kitabxanaların fəaliyyətinə
müsbət təsir edib: ”Mütəmadi olaraq tədbirlər
keçiririk. Uşaq bağçaları və məktəblərlə
sıx əlaqələrimiz var. Oxucularla görüşlər,
dövlət bayramlarımızın şagirdlərlə
birlikdə keçirilməsi kitabxana əməkdaşlarının
işlərinə olan maraqlarını daha da artırır.
Çalışırıq ki, həm kitab seçimində,
həm də məlumatların çatdırılmasında
oxucularımıza yaxından köməklik göstərək.
Filiallarımızda tez-tez oxucularla görüşlər,
müzakirələr, bayram tədbirləri təşkil
olunur. Təşkil olunmuş bədii gecələrdə məktəb
şagirdlərinin yaxından iştirakı onların kitaba
olan marağını artırır. Nümunə olaraq bu
yaxınlarda Zabrat qəsəbəsində 81 saylı məktəbin
şagirdlərinin iştirakı ilə təşkil olunan ədəbi-bədii
gecəni göstərmək olar. Gecədə vətənə
məhəbbəti tərənnüm edən şeirlər səslənmiş,
sərgi təşkil olunmuşdur. Hər bir filialda məktəblilərə
tariximiz, folklorumuz, tanınmış elm və mədəniyyət
xadimlərimiz haqqında geniş məlumatlar çatdırılır,
vətən sevgisi aşılanır. İnanıram ki,
bütün filiallarımız hər zaman olduğu kimi
şövqlə çalışacaqlar və gənc nəslin
maarifləndirilməsində öz töhfələrini əsirgəməyəcəklər”.
Lalə
Azəri
Mədəniyyət.- 2011.- 23 noyabr.-
S. 15.