Tarixi-bioqrafik tədqiqat
Maku xanlığının sonuncu hakimi Murtuzaqulu xan
Bayata həsr olunmuş kitab
Yazıçı-jurnalist
Ənvər Çingizoğlunun “İqbalüssəltənə
Murtuzaqulu xan Bayat” (tarixi-bioqrafik tədqiqat) adlı kitabı
çapdan çıxıb.
Kitabın elmi redaktoru tarix elmləri
doktoru Əli Məmmədov, redaktoru tarix elmləri üzrə
fəlsəfə doktoru Tofiq Həsənov, rəyçilər
tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə
fəlsəfə doktoru Gültəkin Nəcəflidir.
Kitab XVIII əsrin ikinci
yarısı - XX əsrin əvvəllərində mövcud
olmuş Azərbaycanın ən uzunömürlü
xanlıqlarından biri olan Maku xanlığının sonuncu
hakimi Murtuzaqulu xan Bayatın həyat salnaməsindən bəhs
edir. Kitabda onun şəxsiyyəti barədə ətraflı
məlumat verilib, Maku xanlığının genişlənməsi,
maariflənməsi yolunda fəaliyyəti təsvir olunub.
Kitabdakı fakt və məlumatların
əldə edilməsində rus, türk, gürcü tarixi mənbələrindən,
o cümlədən rus səyyahı və diplomatı S. D.
Burmaşovun “İranda Azərbaycan əyalətinin təsviri
və onun siyasi vəziyyəti“ əsəri, V.F.Minorskinin
“Otçet o poezdke v Makinskoe xanstvo v 1905 q.” əsərindən
istifadə olunub.
Əsərin önəmli cəhəti
ondadır ki, mövzu ilk dəfədir ki, tədqiq olunur. Nəşr
tədqiqatçılar, müəllim və tələbələr,
eləcə də geniş oxucu kütləsi
üçün nəzərdə tutulub.
Savalan Fərəcov
Mədəniyyət.- 2011.- 23 noyabr.-
S. 15.