Titr: “Yadgöz, söz, unama-sinema quruluşlarla...

 

   Zikr: ...baxıb-eşidib duyğulanmaqlığımız, sayğı-qayğılanıb tərəqqilənməkliyimiz

  

   Bu “titr”-başlıqda ehtiva olunan görəv bütün ciddi kinematoqrafçılara, xüsusən professional operator, ssenarist rejissorlara aiddir deyə, onların ən seçkin-bitkinlərindən biri olan yazı qəhrəmanımızın ad-soyadını indi - üçüncü abzasın sonunda çəkirəm: Rasim Ocaqov.

  

   Yazıram”, “qeyd edirəm”, “işlədirəmsinonimlərinin ucqar sədası, uzaq əqrəbası olançəkirəmsözünün isə burada lap yerinə düşməkliyi qənaətindəyəm. Çünki söhbət ömrü boyu minlərlə kadr, yüzlərlə pavilyon-məkan, onlarla film, habelə yalnız qəlbstatistika”sına alınıb, ürəkbloknot”una salınan saysız təbii süni əngəllər, quraşma əzablar, “mərkəzyerlietiketli nazlar çəkmiş sənətkardan gedir.

   Bu eksklüzivfason təqdimatımdakı yumoristikvariliyinsə bir neçə səbəbi var ki, bunlardan da ən birincisinin səbəbkarı az-para görüb-tanıdığım, haqqında xeyli oxuduğum, kifayət qədər eşitdiyim Rasim Ocaqovun özüdür; siz onunTütək səsifilmində yaratdığı dünya-aləm ələmlərə bənd olmayın, Rasim çox nəşəli, ovqatsaçan, həyat eşqli, gözləri ocaq, sözüməzə insan idi...

  

   çox orijinal sənətkar idi...

  

   O, əsasən, göz sənəti olan kinoya söz sənətinə vurğunluqdan gəlmişdi. Bu isə onun şəxsi-bioloji fitrətilə bərabər, günü bu gün folklor yaradıcılığından qalmayan, bu təbii-xəlqi qaynamadadeyib-gülmə”, “məzə-məzhəkədastanlarını xüsusi bir şövqlə davam etdirən Şəki diyarında doğulması ilə bağlı idi. Artıq xeyli dərəcədə praktikləşib, müəyyən qədər əda-modalaşıb, həm qanadlı ifadələr, frazeo-leksikoloji ibarələr kəsb etməkdə olan Azərbaycan kinosu bu yeni yaradıcılıq cücərtilərini məhz Rasim Ocaqov kimilərinin əlli-altmış il bundan əvvəlki səpkilərindən götürüb. Birmənalı başa düşülə bilərehtimalı ilə adlarını çəkmədiyim bir çox filmlərimizin naftalin mənası qoxuyan basmaqəlib adları, trafaret titroqrafik elementləri belələrinin stilizasiyaları sayəsindəgözləri yağır, qulaqları bağır”lıqdan təmizlənirdi. Gənc operator Rasimin sənətə baxışı da yeni olduğundan, vizual fonlarla bərabər, məna-mətləb donları da yeniləşir, tamaşaçının gördüklərilə eşitdikləri arasında bir proporsionallıq yaranırdı. Onun əl qoyduğu işlərdəAbidələr danışır”dı. Uzun illər boyuRəhbərə salam”, “26-lar”, “VİL-100”, “Qurultaydan-qurultayadəbli ekran matahları, Böyük Oktyabr Sosialist İnqilabının ildönümlərindən ibarətbaşınadönüm-qurbanolumtəbli serial-imperial “qlobalmövzular “Ad günü”, “Metamarfoza”, “Rəngli yuxu”, “Yolda əhvalat”, “Süd dişinin ağrısı”, “Heyf siqnalından”, “Çexski unitazkimilokallentlərə çevrilirdi.

   Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino industriyasında ayrıca parlaq bir səhifədir. Özü - səviyyə, məna tutumu, zənginlik rəngarənglikcə ən dolu səhifə! Bu səhifə ilk hərfindən son nöqtəsinədək maraqla oxunur, doyulmadan baxılır, sətirdən-sətrə artımlanır.

   O, kino sənəti üçün xarakterik olan üç əsas elementin hər birindən ustalıqla istifadə edib. O, bütün filmlərində görüntü, söz səstrio”sunu ecazkar dirijor kimi ifa etdirib; tək elə ansambl kimi yox, hər birini solo kimi aksentləşdirib. OnunAbşeron ritmləri”ndə sözügedən elementlərdən hansınınkomandir”, hansınınəsgərolduğunu sezmək nəinki sıravi tamaşaçılıq, heç asanşünas”lıq da deyil. Biri-birilə vəhdət təşkil edən musiqi notları ilə çəkiliş planlarının harmoniyası belə bir qənaət hasil etdirir ki, bu tammetrajlı filmdə hər şey - zövqlə seçilmiş musiqi parçaları, ustalıqla ovlanmış kadrlar bu istedadlıdərzi”nin yüz ölç, bir biçatelye”sindən keçib.

   Kinoşünaslarımız, mütəxəssis tənqidçilərimiz bu faktı da tez-tez vurğulayırlar ki, ötən əsrin ikinci yarısından başlayaraq Azərbaycan kinosunda adi tamaşaçıların belə sezdiyi canlanma baş verdi. Rasim Ocaqov kinoya kinonun məhz belə bir dirçəliş dövründə qədəm qoyub kütləvi səhnələrobrazı kimi paslanmadan, önə keçib.

   1957-ci ildə istehsalata buraxılmışBir məhəlləli iki oğlantamaşaçılar arasında necə, hansı dərəcədə maraq oyatmışdısa, filmin operatoru - iyirmi dörd yaşlı bu oğlan da kinoçular içərisində o marağı qazanmışdı. Kinokameranın texniki dili ilə bərabər, bəziləri üçün ömürlərinin sonuna qədər gizli qalan sehr-sirrini mükəmməl öyrənmiş gənc Rasim bu debütdən sonra Əjdər İbrahimov kimi kino-nəhənglərin diqqətini cəlb edir, biri-birinin ardınca təkliflər alır. İlk sərbəst işi olanOnun böyük ürəyifilmində isə bu çağadəkfizioloji planların yaradıcısıadıyla tanınmış Rasim Ocaqov, artıq diqqətlərdə psixoloji anların ustası kimiqeyd”ə alınır. Bu vaxtlaradəktamaşaçı filmə operatorun gözü ilə baxırdeyimini tez-tez ürəyində heyranlıqla təkrar edən Rasim, artıq, öz beynində maraqlı deyimlər toxuyur ki, onlardan biri budur: “Əgər operator çəkərkən gözünü qırpmayıbsa, tamaşaçı da baxarkən qırpmayacaq...”

   O, bu sözləri dili ilə dedi, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Skripkanın sərgüzəşti”, “Sən niyə susursan?” s. filmlərdəki əməli ilə sübut etdi.

   Rejissorluq səviyyəsinə - kino işində komandan diapazonuna çoxdan yetmiş Rasim Ocaqov bu görəvə 1975-ci ildə - qırx iki yaşında layiq görüldü. Özü bütöv bir süni gecikmə aktı bir yana, həm yarımçıq qalmış bir filmlə: “Gəncəbasarlı qisasçıilə. O, bünövrəsi tarixi-qəhrəmanlıq janrı kimi qoyulmuş bu filmin bərpa davamına bir qədər fərqli aspektdən yanaşdı, ssenariyə ciddi əl gəzdirdi, qəhrəmanların ifaçılarında dəyişikliklər etdi, Qatır Məmməd obrazına isə Şahmar Ələkbərovu məsləhət bildi. Bu film onun ilk rejissor məhsulu olsa da, mətbuatda professional kimi dəyərləndirildi sonrakı 30 illik ünlü fəaliyyətinə yaşıl işıq yandırdı.

   O vaxtdanRasim Ocaqovtitri kinomuzun arzulanan, səbirsizliklə gözlənən imzalarından birinə çevrildi. Görkəmli ədib İsa Hüseynov yaradıcılığına yeni bir baxış - Rasim Ocaqov təfsiri yarandı. KinomuzTütək səsişedevri, filmin özü isə Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi ustad aktyorların təfsirlərində İsfəndiyar, Qılınc Qurban kimi Azərbaycan kişisi obrazları qazandı.

   Rasim Ocaqovun yaradıcı psixolojisi yaradıcılıq xronolojisindən sürətlə öndə gedirdideməklə, görəsən, yanılmış olmuram ki? Məncə, bu qənaətimin sübutu üçün onun xəyaliAzərbaycan kino təsərrüfatı sərgisi”nin yuxarılarında dayanan filmlərinin aşağıda sadəcə adlarını sadalamağım yetər: “Ad günü”, “Özgə ömür”, “Tütək səsi”, “Park”, “Həm ziyarət, həm ticarət”,“Ölsəm, bağışla”, “İstintaq”, “Təhminə”, “Otel otağı”...

   ...Bu an, onun çəkdiyi filmlərdən birinin (“Ölsəm, bağışla”) adı mənə bir fikirfilmidiktə etdi: ha “yazsam da qurtarmaz”.

   Onun gözü ilə baxdıqlarımız, ssenari-sözü ilə eşitdiklərimiz, fəhmi-yazıları, quruluşları ilə bəhrələndiklərimiz haqda bu qədər, onu böyük sənətə gətirən, təltifləyən, “nahaqq-haqqdünyalara gətirib-aparan qəza-qədərlər barədə isə,

  

   Aşağıdakı qədər

  

   Görüşüb-salamlaşmağı hələ döyülməmiş xırmana, ayrılıb-xudahafizləşməyi suyu soğulmuş dəyirmana bənzədirlər...

   Filmoqrafiyasına günlər-aylarla baxılıb-qurtarılmayası bu sənətkarın avtobioqrafiyası ilə tanışlıq bir dəqiqə çəkə, ya çəkməyə: 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub, 2006-cı ildə Bakıda vəfat edib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültələrini bitirib. Dövlət mükafatı laureatı, Xalq artistidir...

  

 

   Tahir Əhmədalılar

 

   Mədəniyyət.- 2011.- 23 noyabr.- S. 13.