100 ilin bir gecəsi
Mirzə İbrahimov - 100
Noyabrın 24-də
Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın Xalq yazıçısı, Sosialist
Əməyi Qəhrəmanı,
Dövlət mükafatları
laureatı, görkəmli
ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli
yubiley gecəsi keçirildi. Tədbirdə baş nazirin
müavini Elçin Əfəndiyev, millət vəkilləri, mədəniyyət
xadimləri, elm adamları,
ədəbi ictimaiyyətin
nümayəndələri iştirak
edirdi.
Ölkə prezidentinin “Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi
haqqında” 19 iyul
2011-ci il tarixli sərəncamına
əsasən təşkil
olunan yubiley gecəsini mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev acaraq ədibin zəngin irsindən, mədəniyyət
və ədəbiyyat
tariximizdəki xidmətlərindən
danışdı. Qeyd
etdi ki, Mirzə İbrahimovun şəxsiyyətində, yaradıcılığında
üç xüsusiyyət
cəmləşmişdi: istedad,
intellekt, zəhmət.
Nazir vurğuladı ki, Mirzə İbrahimovun 100 illiyinin qeyd olunması ilə bağlı ölkə prezidentinin imzaladığı
sərəncam dövlətimizin
mədəni irsimizə,
ədəbiyyatımıza diqqətinin bariz nümunəsidir.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə
Mirzə İbrahimovun
milli ədəbiyyatımıza
töhfələri, ana
dilimizin qorunması yolunda yorulmaz fəaliyyətindən danışdı.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
Mirzə İbrahimovun
böyük yazıçı
və böyük şəxsiyyət olduğunu
bildirərək, onun hər zaman gənc yazarlara dəstək olduğunu dedi.
Yubiley gecəsində akademik Teymur Bünyadov, millət vəkili Sabir Rüstəmxanlı,
millət vəkili
Elmira Axundova böyük
insan, böyük ziyalı, böyük yazıçı Mirzə
İbrahimovun həyat
və yaradıcılığından
danışdılar. Yubiley gecəsində
yazıçının pyeslərindən
parçalar təqdim
olundu, tanınmış
musiqiçilərin ifaları
səsləndirildi və
yazıçı ilə
bağlı filmlərdən
fraqmentlər nümayiş
olundu.
Gecənin sonunda Mirzə İbrahimovun ailəsi adından qızı, Xalq artisti, professor Sevda İbrahimova çıxış edərək
ədibin yubileyinin yüksək səviyyədə
qeyd olunmasına görə ölkə rəhbərliyinə minnətdarlığını
bildirdi, tədbirin təşkilinə görə
Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkür etdi.
Qeyd edək ki, Milli Dram Teatrının foyesində Mirzə İbrahimovun kitabları, ədibin həyat və yaradıcılığını
əks etdirən fotoşəkillər nümayiş
olundu.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 25 noyabr.- S. 3.