“Azərbaycan
xalçası” kitabı macar dilində təqdim
olunub
Budapeşt Tətbiqi İncəsənət
Muzeyində Azərbaycan Respublikasının
Macarıstandakı səfirliyinin təşəbbüsü və
dəstəyi ilə xalçaçı-alim, Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Muzeyinin direktoru Röya
Tağıyevanın macar dilində nəşr
olunmuş “Azərbaycan xalçası” kitabının təqdimat
mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Budapeşt Tətbiqi İncəsənət Muzeyinin direktoru İmrə Takaç muzeyin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, gələcək illərdə birgə layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycanın Macarıstandakı səfirliyi ilə danışıqların aparıldığını bildirib, “Azərbaycan xalçası” kitabının təqdimatının muzeydə təşkilinin bu baxımdan olduqca əhəmiyyətli hadisə olduğunu qeyd edib.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və kitabın çap olunduğu “Korvina” nəşriyyatının direktoru Laslo Kunoş ikitərəfli mədəni əlaqələrin əhəmiyyətindən danışıblar.
Kitabın
müəllifi, professor R.Tağıyeva tədbir
iştirakçıları qarşısında
çıxış edərək Azərbaycanda xalçanın
məişətdə rolu, ölkənin
tanınmış xalçaçılıq məktəbləri,
xalçaların hazırlanması texnologiyaları
haqqında söz açıb, Azərbaycan
xalçalarının təsvirlərini əks etdirən
slaydlar nümayiş etdirib.
Mədəniyyət.- 2011.- 30
noyabr.- S. 14.