“Kitabla dost ol, ən fəal
oxucu ol”
Müsabiqənin
qalibləri təltif olunub
Bakının Xəzər (keçmiş
Əzizbəyov) rayonunun
Binə qəsəbəsində
yerləşən kütləvi
kitabxana 1958-ci ildə
yaradılıb. 1969-cu
ildə kitabxanaya böyük şair Mikayıl Müşfiqin adı verilib.
1993-cü ildən
Binə qəsəbəsi
icra nümayəndəliyinin
binasında fəaliyyət
göstərən kitabxana
2010-cu il dekabrın 28-dən Heydər
Əliyev Fondu tərəfindən inşa
olunan Binə Mədəniyyət Mərkəzinin
binasında geniş və hər şərait ilə təchiz olunmuş otaqlarda yerləşir.
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin 27 yanvar
2011-ci il əmrinə əsasən
Xəzər rayonunda yerləşən kitabxanaların
bazasında Xəzər
rayon Mərkəzləşmiş Kitabxana Sistemi yaradılıb. MKS-in direktoru
Vəfa Quliyeva bizimlə söhbətində
bildirdi ki, MKS 7 kitabxana-filialı özündə
birləşdirir: “Bunlar
Mərdəkan mərkəzi
kitabxanası, Pirallahı,
Buzovna, Zirə, Türkan, Qala və Şüvəlan kütləvi kitabxanalarıdır.
Kitab fondumuz 484600 nüsxə, oxucularımızın sayı
isə 29700-dən çoxdur.
Respublikamızda gedən iqtisadi
və mədəni inkişaf kitabxananın fəaliyyətinə də
müsbət təsir
edib. Yeni binada, geniş
şəraiti olan otaqlarda fəaliyyət göstəririk. Bu şəraitin yaradılmasına
görə, Heydər
Əliyev Fonduna oxucularımız adından
dərin təşəkkürümü
bildirirəm.
Oxucularımızın sayı günbəgün
artır. Məqsədimiz məktəblilərə və
gənclərə Azərbaycan
ədəbiyyatında öz
dəst-xəttini qoymuş
şair və yazıçılarımızın həyat və yaradıcılığını daha dərindən tanıtmaqdır. Filiallarımızda sərgilər, mühazirələr
təşkil olunur.
Oxucularımız sırasında
dram dərnəyinə həvəs
göstərənlər də
az deyil.
Elə bu səbəbdən də dramaturqlarımızın
əsərləri oxucularımız
tərəfindən səhnələşdirilərək
tamaşaçılara təqdim
olunur”.
Qeyd edək ki, noyabrın
25-də Binə Mədəniyyət
Mərkəzində Bakı
Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşəbbüsü
ilə şəhər
kitabxanalarının məktəbli
oxucuları arasında
keçirilmiş “Kitabla
dost ol, ən fəal oxucu ol” müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Müsabiqənin keçirilməsində məqsəd kitaba, mütaliəyə, kitabxanalara
marağı artırmaq,
uşaqların şəxsiyyət
kimi formalaşmasında
bu amillərin əhəmiyyətini bir daha diqqətə çatdırmaqdır.
Tədbirdə
Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
rəisi Əlikram Əliyev, Bakı şəhər MKS-in direktoru
Nüşabə Ələkbərova,
görkəmli şair
İlyas Tapdıq, uşaq yazarı Gülzar İbrahimova, Gülarə Munis, Arif Buzovnalı və başqaları iştirak edirdilər. Tədbirdə il
ərzində fərqlənən
fəal oxuculara mükafatlar təqdim olundu.
V.Quliyevanın
sözlərinə görə,
kitabxananın məktəblərlə
əlaqələri də
genişlənir: “Orta
məktəb şagirdlərini
kitabxanaya cəlb edərək maraqlı ədəbi-bədii gecələr,
sərgilər, kitab müzakirələri, dəyirmi
masalar təşkil edilir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından yeni nəşrlər almışıq, F.Köçərli
adına Respublika Uşaq kitabxanası ilə sıx əlaqələrimiz var. Ümumilikdə
bu il bizim
üçün çox
məhsuldar və yaddaqalan olub. Kitabxana işçilərimiz oxucuların
tələbatını ödəmək
üçün lazım
olan bütün öhdəlikləri yerinə
yetirməyə həvəslidirlər”.
Lalə Azəri
Mədəniyyət.-
2011.- 30 noyabr.- S. 13.