Ölkəmiz UNESCO-nun Hökumətlərarası
Komitəsinin vitse-prezidenti
seçilib
Hökumətlərarası
Komitənin sessiyasında
ermənilərin aşıq
sənətinə iddialarının
qarşısı alınıb
İndoneziyanın Bali adasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitəsinin 6-cı sessiyası
keçirilib. Noyabrın 20-də işə başlayan tədbirdə ölkəmiz
də təmsil olunub. Xatırladaq ki, Azərbaycan 2010-cu ildə Hökumətlərarası
Komitənin dörd illik müddətinə üzvü seçilib.
Hökumətlərarası Komitənin budəfəki
sessiyasında isə ölkəmiz bu beynəlxalq qurumda daha bir nailiyyət
qazanıb. Noyabrın 29-da, sessiyasının sonuncu günündə komitənin
yeni prezidenti, dörd vitse-prezidenti və məruzəçisinin
seçkiləri keçirilib.
Ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyindən
bildiriblər ki, səsvermə nəticəsində
Qrenada komitənin sədri, Azərbaycan, İran, Madaqaskar və Mərakeş vitse-prezidentlər, İspaniya
isə məruzəçi
seçilib. İclasda qeyri-maddi
mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin
növbəti yeddinci sessiyasının Qrenadada keçirilməsi qərara
alınıb.
Bununla yanaşı, komitənin
sessiyasında 27 digər
qeyri-hökumət təşkilatı
ilə yanaşı, ölkəmizin iki qeyri-hökumət təşkilatının
(Azərbaycan Xalçaçılar
Birliyi və Musiqi Dünyası İctimai Birliyi) akkreditasiyadan keçirilməsi
tövsiyə edilib.
QHT-lərin akkreditasiyası
qeyri-maddi mədəni
irsin qorunması üzrə Konvensiyanın
iştirakçı dövlətlərinin
2012-ci ildə keçiriləcək
Baş Assambleyasının
dördüncü sessiyasında
gerçəkləşəcək.
* * *
Hökumətlərarası Komitənin sessiyasında
qeyri-maddi mədəni
irsin qorunma siyahısına təqdim edilmiş nominasiyalar müzakirə edilib.
Nominasiyalar arasında
Ermənistan tərəfindən
təqdim edilən “Erməni Aşıq sevgi romansı ənənəsi” və “Erməni su festivalı Vardavar” adlı fayllar da olub.
Müzakirə zamanı Ermənistanın
təqdim etdiyi nominasiyaların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi, aşıq sənətinin Ermənistan
tərəfindən mənimsənilməsinə
cəhd olunduğu və Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğu Komitənin üzvlərinə
çatdırılıb. Erməni tərəfin bu cəhdinin Konvensiyanın müvafiq müddəalarına
zidd olduğu və UNESCO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya
töhfə vermədiyi
vurğulanıb. Ermənistan
nümayəndəsinin izahatlarına
baxmayaraq, Komitənin əksər üzvləri
ölkəmizin ədalətli
mövqeyini dəstəkləyərək
Ermənistanın iki nominasiyasının qeyri-maddi
mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə
çıxış ediblər.
Qeyd edək ki, oktyabr ayında mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
UNESCO katibliyinə müraciət
edərək Ermənistanın
təqdim etdiyi sənədlərdə Azərbaycanın
mədəni irsinə
qarşı saxtakarlıq
fəaliyyətinin olduğu
və təqdim olunan nominasiyaların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın
şərtlərinə uyğun
gəlmədiyini nəzərə
çatdırmışdı. Müraciətdə aşıq
sənətinin xalqımızın
zəngin mədəni
irsinin bir nümunəsi olduğu və 2009-cu ildə Azərbaycan Aşıq sənətinin UNESCO-nun qeyri-maddi
mədəni irs üzrə Reprezentativ siyahısına
daxil edildiyi də göstərilmişdi.
Azərbaycanın
Mədəniyyət və
Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyin birgə
fəaliyyəti nəticəsində
erməni tərəfin
təqdim etdiyi sənədlər öncədən
də UNESCO-nun Qeyri-maddi
mədəni irsin qorunması üzrə Hökumətlərarası Ekspert
Komitəsinin müsbət
rəyini ala bilməmişdi.
Beləliklə, Ermənistanın
“Aşıq sevgi romansı” və “Vardavar su festivalı”
fayllarını UNESCO-nun Qeyri-maddi
mədəni irsin qorunması üzrə təcili qorunma siyahısına daxil etmək cəhdləri baş tutmayıb. Bu, Ermənistanın saxtakarlıq fəaliyyətinin
dünya ictimaiyyəti
tərəfindən öz
layiqli cavabını almasının bir daha bariz nümunəsidir.
Qeyd edək ki, Hökumətlərarası Komitənin
iclasında ölkəmizi UNESCO yanında Daimi
Nümayəndəliyin birinci katibi Anar Kərimov, Mədəniyyət
və Turizm Nazirliyinin
əməkdaşı Günay Əliyeva
və müstəqil ekspert-musiqişünas
Sənubər Bağırova təmsil ediblər.
Mədəniyyət.- 2011.- 30
noyabr.- S. 2.